Tarix : 2009 Jan 27
Kod 10194

İRAN-TÜRKİYƏ İQTİSADİ ƏLAQƏLƏRİ GÜCLƏNİR

Türkiyənin İqtisadiyyatdan məsul Dövlət Naziri Kürşad Tüzmen, Tehrandakı görüşmələrindən məmnundur
Türkiyə servisi/Aran Agentliyi
Türkiyənin İqtisadiyyatdan məsul Dövlət Naziri Kürşad Tüzmen, Tehrandakı görüşmələrindən məmnundur.

İslam-Azerinin FHA-ya istinadlı xəbərinə görə, Tüzmen, aradakı ixracat fərqini mütənasibləşdirməyə çalışarkən İranın rəftarı da çox müsbət oldu.

İranla iqtisadi ortaq sahə meydana gətirmək istədiklərini söyləyən Türkiyə Dövlət Naziri Kürşad Tüzmen, İranla qarşılıqlı ticarətin artırılmasına böyük əhəmiyyət verdiklərini ifadə edərək, 'Biz İranla bir iqtisadi ortaq sahə meydana gətirmək istəyirik' deyib.

Dövlət Naziri Tüzmen, müxtəlif təmaslarda olmaq üzrə gəldiyi Tehranda, İran Ticarət Naziri Məsud Mir Kazimi ilə bir araya gəlib. Tüzmen daha sonra, Türkiyə-İran İqtisadi və Ticari Əməkdaşlıq seminarında iştirak edib.
 
  • Yazılıb
  • da (də) 2009 Jan 27