İİR servisi/Aran Agentliyi
Kamala çatmaq istəyən haqq yolçularına tövsiyyəniz nədir? - Addımlarını Məsumların (ə) ayaq izlərinin üzərinə qoysunlar, başqalarının yox. Nicat o şəxslər üçündür ki, Əhli-beyti (ə) hər yerdə qarşısında hazır görürlər.
Bizə çatan hər bir bəlanın səbəbi Əhli-beytdən (ə) və onlardan nəql edilən ravayətlərdən uzaq olmağımızdır. Niyə biz şiələr hər gün Allah rəsulunun (s), Əmirəlmöminin (ə) və digər imamların çıxışlarını dinləmirik və onlardan nəql edilən rəvaytlərdə yer alan hikmətləri, ədəbləri, maarifi mənimsəməyə çalışmırıq? Əgər imamşünaslıq bardə məlumatımız mükəmməl olsa, Allahşünaslıq məsələsində də qabağa gedərik. Ona gör əki, hansı dəlil, nişanə İmamdan böyük ola bilər? İmam bir güzgüdür ki, bütün aləmin həqiqətini özündə əks etdirir.
- Əgər bir nəfər Allaha yaxınlaşmaq, süyrü-süluk etmək istəyirsə, nə etməlidir?
- Əgər seyrü-suluk etmək istəyən kimsə sədaqətli olsa, günahların tərki bir ömr üçün, hətta min il olsa belə, yetərlidir.
- Allahı zikr etməyin bir həddi varmı?
- Allahın zikr etməyin ki, həddi yoxdur. Allahı zikr etmək həm qəlblə, həm dillə və həm də bədənlə edilən zikrdən daha ümumidir. Çünki bütün ibadətlər və Allahın razılığına səbəb olan şeylər Allahı zikr etməkdir.
-Zöhd nədir? Zahid bir şəxs var-dövlət sahibi ola bilərmi?
- Zöhdlə var-dövlət sahibi olmaq arasında bir ziddiyyət yoxdur. Zöhddə meyar var-dövlətə sahib olmaq və ya olmamaq deyil. Meyar dünyaya ürək bağlamaq və ya bağlamamaqdır. Dünyapərəstlərə baxın, görün nəyə ürək bağlayıblar və nəyin üstündə bir-biriləri ilə savaşırlar; kağızdan və müqavvadan olan dünya, hörümçək evi üçün. Ey kaş mümkün aləmin heçliyini dərk edə biləydik və heçə bu qədər dəyər verməyəydik və heç üzərində bu qədər bir-birimizlə savaşmayaydıq.
- Namaz və namazda qəlbimizin necə hüzur tapması barədə məlumat verməyinizi xahiş edirik.
- Namaz Allahla görüş və onun hüzurunda hazır olmaq üçün ən ali vaxtdır. Namaz xuzu və xuşu üçün yaradılıb. Namaz ləzzətlilərin ləzzətlisi ilə dolu olan bir camdır. Belə şirin şərbət dünyada yoxdur. Qürbun (Allaha yaxınlaşmağın) mərtəbələri var. Onların ən üstünü “Liqa”dır. Bu qürb mərtəbələrin hər bir mərtəbəsinin bir müqərribi (yaxınlaşdıranı) vardır ki, onların ən üstünü Namzdır. Namaz möminlərin meracıdır. Qürb və liqa üçün mürac lazımlıdır. Mömin Allahın liqasından sonra “həbəşiyyə”nin (ifritə qadın, məqsəd Allahdan qeyrisidir) sorağına getməz, hətta onu xəyalına belə gətirməz. Namazdan ləzzət almaq üçün bəzi müqddimələri namazdan qabaq və bəzilərini isə namaz halında yerinə yetirmək lazımdır. Namzdan əvvəl əməl edilməsi lazım olan müqəddimlər budur ki, insan günah etməməli, qəlbini qaraltmamalıdır. Günah qəlbi qaraldır, onun nuraniliyini aradan aparır. Namz halında isə insan öz ətrafına zəncir çəkməlidir ki, Allahdan başqası içəri daxil olmasın. Yəni fikrini Allahdan qeyrisinə yönəltməsin.
Qəlb hüzurunu əldə etməyin yollarından biri də budur ki, igirmi dörd saat ərzində bütün hsilərimizi (göz, qulaq...) kontorol edək. Çünki qəlb hüzuruna yetişmək üçün bəzi müqəddimələri yerinə yetirmək lazımdır. Gün ərzində qulağımızı, gözümüzü və bütün bədən üzvlərimizi kontorol etməliyik.
Qəlbin hüzuru nəvafil namazları və müstəhəb ibadətlərlə ələ gəlir. Həmçinin fürada namazları camaatla əvəzləmək də (faydalıdır). Qəlb hüzuru belə hasil olur ki, qəflət vaxtlarda özümüzə çox da təziq göstərməyək, hüzur vaxtında isə ixtiyarlı olaraq onu əlimizdən verməyək. (Namaz halında da) diqqətiniz (Allaha) yönələn anda onu ixtiyarlı olaraq əldən verməyin.
Namzı islah etmək üçün zahir və batinin islah etmək, zahiri və batini qadağalardan çəkinmək lazımdır. Namazı islah etməyin yolarından biri də namaza başlayan zaman ciddi halda İmam Zamana (ə) təvəssül etməkdir.
- Gecə namazı qılmağa müvəffəq olmaq üçün nə etmək lazımdır?
- “Kəhf” surəsinin sonuncu ayəsini çox oxumaq lazımdır. Əgər bunun vasitəsi ilə çarə olmasa, gecə namazını gecə yarısından qabaq yerinə yetirmək lazımdır.
- Bəzən gecə namazı qılamqda səhlənkarlığa yol verilir, çarəsi nədir?
- Gecə namazındakı süstlük bu yolla həll olunur ki, bu qərara gəlmək lazımdır ki, əgər bir gecə gecə namazı qılmağa müvəffəq olmasanız onun qəzasını yerinə yetirin.
- Duaların qəbul olunması üçün nə etmək lazımdır?
- Duların qəbul olunmasının şərti günah etməyi tərk etməkdir... Bəzən məsləhət duaların gec qəbul olunmasındadır. Bəzən isə dua daha yaxşı bir işlə əvəz olur. Dua edən elə düşünür ki, duası qəbul olmayıb, amma yəqin əhli bunu başa düşür.
Dua edərkən bu məsələlərə diqqət etmək lazımdır:
1- Allah-taalaya həmd-səna etmək.
2- Günahları yada salmaq, onlara görə peşiman olmaq.
3- Feyz vasitəsi olan Məhəmməd və Ali Məhəmmədə salavat göndərmək.
4- Ağlamaq, əgər ağlaya bilməsə də özünü ağlamaqlığa vurmaq.
5- Bunları etdikdən sonra hacəti istəmək. Belə olan halda dua tez qəbul olunar. Əgər bu deyilənlər səcdə halında olsa, daha yaxşıdır.