Tarix : 2009 Jan 28
Kod 10217

ƏHMƏDİNEJAD, OBAMAYA BELƏ CAVAB VERİB

İran prezidenti Mahmud Əhmedinejad, ABŞ prezidenti Barak Obamanın "əgər Tehran yumruğunu açsa dialoqa hazırıq" olduğunu söyləməsinə cavab verib
İİR servisi/Aran Agentliyi
İran prezidenti Mahmud Əhmedinejad, ABŞ prezidenti Barak Obamanın "əgər Tehran yumruğunu açsa dialoqa hazırıq" olduğunu söyləməsinə cavab verib.

İslam-Azerinin AA-ya istinadlı xəbərinə görə,İran Respublika prezidenti Mahmud Əhmedinejad, ABŞ prezidenti Barak Obamanın "əgər Tehran yumruğunu açsa dialoqa hazır" olduğunu söyləməsinə qarşılıq, Vaşinqtondan digər ölkələrdəki əsgərlərini çəkməsini və İrana qarşı "cinayətlərindən" ötəri üzr istəməsini istəyib.

Əhmədinejad, qərbdəki Kermanşah şəhərində etdiyi çıxışda, "Dəyişmədən bəhs edənlər, İran xalqından üzr istəməli və keçmişdəki pis hərəkətləri ilə İrana qarşı işlədiyi cinayətləri düzəltməyi sınamalı" deyərək, ABŞ-ın 1953-də Baş nazir Məhəmməd Mussadıkı devirmək üçün zərbə endirməsinə qədər uzanan bir siyahını sıraladı.
  • Yazılıb
  • da (də) 2009 Jan 28