İİR-nin prezidenti cənab Mahmud Əhmədinejad deyib: İran xalqının ucaltdığı fəryad sionistlərin belini sındırıb və onların təcavüzkarlıq yolunu bağladı
İİR servisi/Aran Agentliyi
İİR-nin prezidenti cənab Mahmud Əhmədinejad deyib: İran xalqının ucaltdığı fəryad sionistlərin belini sındırıb və onların təcavüzkarlıq yolunu bağladı.
İranın Mərkəzi İnformasiya Agentliyinin verdiyi məlumata görə İran prezidenti bu gün İranın qərbində yerləşən Kirmanşah şəhərində xalq kütlələri qarşısında deyib: İran xalqı ən ədalətsevər, ən nəcib və şücaətli millətlərdən biridir. Əgər coğrafi və siyasi nəzərdən maneələr olmasaydı, bu xalq Qəzzə əhalisinin kənarında onları himayə etməyə hazır idi.
Cənab Əhmədinejad sonra da, ABŞ-ın yeni hökumətinin siyasətlərində müəyyən dəyişikliklərin edilməsi ilə bağlı səsləndirilən şüarlara toxunaraq deyib: Bu şüar əməl mərhələsində dünya xalqlarına sübut ediləcək.
İran prezidentinin sözlərinə görə yeni hökuməti dəyişdirməklə bağlı səsləndirilən şüar yaxşı bir ibarətdir. Zira sabiq prezident Corc Buşun siyasətləri 100% qeyri-əxlaqi və qeyri-insani olub və ilahi prinsiplər və peyğəmbərlərin təlimləri ilə üst-üstə düşmürdü.
Cənab Əhmədinejadın sözlərinə görə ABŞ-ın eks-prezidentinin rəftar və yetirdiyi siyasətləri son yarım əsrdə dünyada müşahidə icra olunan ən pis və cinayət xarakterli siyasətlər olub.