Tarix : 2009 Jan 30
Kod 10242

İİR Az.R-dakı neft-qaz layihələrində iştirak etməyə hazırdır

İİR Azərbaycan Respublikasının neft və qaz layihələrində fəal iştirak etməyə hazır olduğunu bildirib
Azərbaycan servisi/Aran Agentliyi

İİR Azərbaycan Respublikasının neft və qaz layihələrində fəal iştirak etməyə hazır olduğunu bildirib.
 
Azeri.irib rəsmi saytına istinadlı xəbərinə görə ,
 İranın Nekoy neft şirkətinin nümayəndəsi Asimipur çərşənbə günü axşamçağı ARDNŞ-ın prezidenti R.Abdullayevlə görüşdə iki ölkənin enerji sektorundakı yaxşı imkanlarına və potensiallarına işarə edərək Tehranın bu ölkənin Şahdəniz qaz yatağının iki fazasının istehsal etdiyi qazı almaq, habelə qaz və neft enerjisi sahəsində Azərbaycan R. ilə ikitərəfli və hərtərəfli əməkdaşlıqlar etməyə hazır olduğunu bildirib.
Görüşdə Rövnəq Abdullayev də İranın bu neft şirkətinin Azərbaycan R-nin Şahdəniz yatağının birinci fazasında fəal əməkdaşlığı və iştirakından məmnun qaldığını ifadə edərək deyib: Mövcud potensialları nəzərə alaraq iki ölkənin neft və qaz sahəsindəki əməkdaşlıqlar səviyyəsinin güclənməsi tərəflərin iqtisadi prosesinə öz təsirini göstərə bilər.

  • Yazılıb
  • da (də) 2009 Jan 30