Cənab Ərdoğanın etdiyi bu nəcib əməl – hər bir vicdanlı müsəlman kişisinə yaraşan və uyğun gələn bir mövqe sərgiləməsidir
Azərbaycan servisi/Aran Agentliyi
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İsrail rejiminin başçısı Şimon Peresi ifşa etməsi ilə bağlı İçərişəhər "Cümə" məscidinin imam-camaatı, DEVAMM-ın sədri Hacı İlqar İbrahimoğlu bunları bildirdi: "Cənab Ərdoğanın etdiyi bu nəcib əməl – hər bir vicdanlı müsəlman kişisinə yaraşan və uyğun gələn bir mövqe sərgiləməsidir. 22 gündə 414 körpəni qanına qəltan edən sionistlərin həyasızlıqlarına sədd qoyan, cəlladları yerlərində otuzduran bir islam dərdlisinin qətiyyəti idi.
Deyerler rəsmi saytına istinadlı xəbərinə görə , Əslində, bu çıxış – sırtılmış sifətlərə, qəsavət basmış qəlblərə, dumanlanmış düşüncələrə bir şok təsiri buraxan bəşər vicdanının hayqırtısı idi.
Haqqla batilin qarşıdurması bütün xətlər boyunca getdiyi zaman, islami kimliyin nümayişi və cəsarətlə ədəbin yoğrulduğu bir izzəti-nəfs nümunəsi idi.
Tövratdan "Öldürmə!" buyuruşuna işarə etməklə, Ərdoğan əslində sionistlərin öz məfkurələrinin güya yəhudilikdən qaynaqlanması barədə iddialarının əsassız bir demoqogiya olduğunu bir daha sübuta yetirmiş oldu.
Davosda baş verən bu olay - mahiyyətcə, öz tarixi missiyasını dərk edib bunu şərəflə yerinə yetirməyə imza atmış bir müsəlman dövlət başçısının məsuliyyətli addımı idi".