Nardaran qəsəbəsi sakinlərinin Sionist rejimin törətdiyi cinayətlərə qarşı ucaltdığı fəryaddan sonra xarici ölkələr də nardaranlıları himayə ediblər
Azərbaycan servisi/Aran Agentliyi
Nardaran qəsəbəsi sakinlərinin Sionist rejimin törətdiyi cinayətlərə qarşı ucaltdığı fəryaddan sonra xarici ölkələr də nardaranlıları himayə ediblər.
Azeri.irib rəsmi saytına istinadlı xəbərinə görə ,Qəzzədə Sionist rejimin törətdiyi cinayətlərə etiraz fəryadını ucaltmış nardaranlıların Bakı polis əməkdaşları tərəfindən həbs olunmasından, xüsusilə də ölkədə sionizmin əl-altılarına etiraz edən Hacı Əli Hüseynovun həbs edilməsindən sonra Avropa ölkələrindəki azəri dillilər də sionistlərin törətdiyi cinayətlərə etiraz edənlərin hərəkətinin yatırılmasına öz hiddətlərini nümayiş etdiriblər. Nardaranlıları himayədə İranın beynəlxalq Səhər telekanalının azəri televiziyasına ünvanlanan mesajlar da bu reallığı təsdiqləyir.
Ünvanlanan mesajların məfhumunu, xüsusilə də onların Hacı Əli Hüseynovun həbsdən azad edilməsini istəmələri bu mesajların daha dəqiq araşdırılmasını zəruriləşdirir: Azərbaycan Respublikasından bu telekanala daxil olan mesajların bir neçəsinin məfhumu belədir: "Hacı Əlinin həbsi Azərbaycan Respublikası dindarlarına qarşı təcavüz deməkdir. Bütün Azərbaycan R. dindarları Nardaranın yanındadır." "Allah Sabir Rüstəmxanlıya lənət eləsin. O da əxlaqsız müğənnilərdən geri qalmır." "Hacı Əli Hüseynovun insan haqları qorunmalıdır. Haradadırlar hüquq müdafiəçiləri." Azərbaycan Respublikasında insan haqlarına olan münasibət sıfır dərəcəsindədir." "Sionist rejimə etiraz edənlər bizim ürək sözümüzü deyiblər. Ar olsun onları həbs edənlərə -Sabir Rüstəmxanlı xalq şairi deyil, xalq düşmənidir." "Allah lənət eləsin sionizm qulluqçularına."
İrandan həmin telekanala daxil olan bəzi mesajların məfhumu da belədir: "Allah bütün müsəlmanlara kömək etsin, o cümlədən nardaranlı Hacı Əliyə." "Allah müsəlmanların düşmənlərini də məhv eləsin. Böyük İslam dünyası Nardaran camaatının qiyamına arxadır." "Biz sizdən Bakı polis əməkdaşlarının nardaranlı qardaşları döymələri ilə bağlı video-kadrlar yayımlamağınızı xahiş edirik ki, Azərbaycan R. rəhbərliyi xəcalətdən ölsün, lütfən televiziyadan azəri dilində bu cümlələri yazın: "Siz deyirsiniz ki, Türkiyə ilə Azərbaycan R. qardaş və bir xalqdırlar, nə üçün böyük qardaş Sionist rejimin əleyhinə şüarlar səsləndirir. Amma kiçik qardaş bu qəsbkar rejimin lehinə danışır. Onda sizin verdiyiniz qardaşlıq şüarı şübhə altına düşmür?" "Azərbaycan R. hökuməti öz mənafeyini qorumaq üçün qərbə satılıb." "Bu gün Nardaranın Qəzzə ilə nədir? Ay müsəlmanlar Nardaranın dadına çatın."
Habelə Türkiyədən nardaranlıları himayə və bu qəsəbə sakinlərinə qarşı tətbiq olunan təzyiqlərin pislənilməsinə dair Tehranın azəri dilində verilişlər yayımlayan telekanalına gələn mesajların məfhumu belədir: "Müsəlman Nardaran xalqına qarşı bu basqı və zülmün acildən qaldırılmasını Azərbaycan R. dövlətindən acil olaraq tələb edirik." "Sionist rejimə xatir Azərbaycan Respublikası xalqını əzmək olmaz. Ölüm olsun İsrail nökərlərinə! Nardaran Azərbaycan Respublikasının başıucalığıdır. Nardarana qarşı basqılar dayandırılsın."
Moskva və Kiyev və Avropa ölkələrindən daxil olan bəzi mesajlarında məfhumu belədir: "Bir şəxsi hədələmək bəhanəsi ilə Nardaranın sıxışdırılması ağlasığmazdır." "Hökumət dindarları qorxutmaq istəyir. Repressiyaların əsas məqsədi xalqı qorxutmaq və referendumla İlham Əliyevi padşah etməkdir." "Məzlum Hacı Əli Hüseynovun məsələsi xalqı ayıltmalıdır." "Nardaran əhalisi Azərbaycan Respublikasının adını dünyada səsləndirdi." "Onlara qara yaxmaq yaramaz hərəkətdir. Allah nardaranlılara qara yaxanlara lənət eləsin." "Sionistlərin nökərinə çevrilmiş Sabir Rüstəmxanlı Moskvaya gəlib pafoslu çıxışlar edirdi." "Başqa sionist, irqçi Dakçılarda onu dəstəkləməklə "dəliyə yel ver əlinə belə ver" -deyimin reallaşdırırdılar." "Hökumət istəyir ki, nardaranlı da bizim Rusiyadakı miqrant talışlar kimi ölkəni tərk edələr. Hacı Əlinin həbsinin məqsədi budur." "Hacı Əlini və nardaranlıları himayə etmək lazımdır."
Ümumilikdə bu mesajlardan bu nəticə çıxır ki, nardaranlılara qarşı göstərilən təzyiqlər Azərbaycan Respublikasının ictimai-siyasi arenasına pis təsir göstərib və bu vəziyyətin cərəyanı və davamı pis nəticələrə gətirib çıxaracağı mümkündür. Zira Sionist rejim məzlum və müdafiəsiz Qəzzə əhalisinə qarşı törətdiyi tragediya dünya xalqlarının etirazına səbəb olduğu üçün nardaranlılara qarşı təzyiq göstərməkdə rol oynayan və məsuliyyət daşıyan amillərdə özlərini abırsızlaşdıraraq özlərinin əleyhinə ümumi nifrətə zəmin yaradıblar.