Bakı Şəhər İcra hakimiyyəti etirazların sivil qaydada mətbuat konfransı ilə keçirmək məsləhət görülüb
Azərbaycan servisi/Aran Agentliyi
İsrail səfirliyi qarşısında aksiya üçün Bakı Şəhər İcra Hakimiyyəti icazə verməyib.
Bu barədə İslam-Azeri-yə İslam Partiyasının mətbuat xidmətindən məlumat verilib.
Verilən məlumata görə Bakı Şəhər İcra hakimiyyəti etirazların sivil qaydada mətbuat konfransı ilə keçirmək məsləhət görülüb.
İslam və Fəzilət partiyaları, Qarabağ Azadlıq təşkilatı, Birlik təşkilatı, Ziyalılar Birliyi və digər təşkilatlar Bakı şəhər icra hakimiyyətinə yanvarın 30-da saat 11:00-da İsrail səfirliyi önündə etiraz aksiyası keçirilməsinə icazə vermələri üçün məktub yazmışdılar.