Azərbaycan Respublikasında bir neçə araşdırma mərkəzinin apardığı rəy sorğularının nəticələri göstərir ki, ölkədə xalqın Sionist rejimə qarşı hiddəti misli görünməmiş şəkildə artıb
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan Respublikasında bir neçə araşdırma mərkəzinin apardığı rəy sorğularının nəticələri göstərir ki, ölkədə xalqın Sionist rejimə qarşı hiddəti misli görünməmiş şəkildə artıb.
Azeri.irib rəsmi saytına istinadlı xəbərinə görə , Yeni Şərq müəssisəsinin 200 nəfərdən ibarət müxtəlif təbəqələrdən olan şəxslərlə apardığı rəy sorğusunun nəticələri bu reallığı işıqlandırır.
Bu rəy sorğusunun nəticələrinə uyğun olaraq respondentlərin 93%-i ən kəskin şəkildə qəsbkar Sionist rejimin Qəzzə əhalisinə qarşı törətdiyi cinayətləri pisləyib.
Repspondentlərin 77%-i Sionist rejimi müharibəni başlayan, təqsirkar və Qəzzə müharibəsində məğlub tərəf olduğuna və 70%-i isə müqavimət hərəkatı -Həması məzlum Fələstin xalqının ərazisinin işğaldan azad edilməsi və Qəzzə müharibəsinin qalib tərəfi kimi izah ediblər.
Respondentlərin 66%-i ilə Azərbaycan Respublikasının cinayətkar Sionist rejimlə əlaqələrinin mütləq dayandırılmasını tələb ediblər.
Birlik-az və İslam səsi saytının apardığı rəy sorğuları da buna bənzər nəticələrə malikdir.
Azərbaycan Respublikası Dini Etiqadlar və Vicdan Azadlıqları Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu da ölkədə anti-sionist atmosferinin hakim kəsildiyini misli görünməmiş hesab edir.