Tarix : 2009 Jan 30
Kod 10250

Azərbaycan R-da xalqın Sionist rejimə nifrəti son dərəcə artıb

Azərbaycan Respublikasında bir neçə araşdırma mərkəzinin apardığı rəy sorğularının nəticələri göstərir ki, ölkədə xalqın Sionist rejimə qarşı hiddəti misli görünməmiş şəkildə artıb
Azərbaycan servisi/Aran Agentliyi

Azərbaycan Respublikasında bir neçə araşdırma mərkəzinin apardığı rəy sorğularının nəticələri göstərir ki, ölkədə xalqın Sionist rejimə qarşı hiddəti misli görünməmiş şəkildə artıb.
 
Azeri.irib rəsmi saytına istinadlı xəbərinə görə ,
Yeni Şərq müəssisəsinin 200 nəfərdən ibarət müxtəlif təbəqələrdən olan şəxslərlə apardığı rəy sorğusunun nəticələri bu reallığı işıqlandırır.
Bu rəy sorğusunun nəticələrinə uyğun olaraq respondentlərin 93%-i ən kəskin şəkildə qəsbkar Sionist rejimin Qəzzə əhalisinə qarşı törətdiyi cinayətləri pisləyib.
Repspondentlərin 77%-i Sionist rejimi müharibəni başlayan, təqsirkar və Qəzzə müharibəsində məğlub tərəf olduğuna və 70%-i isə müqavimət hərəkatı -Həması məzlum Fələstin xalqının ərazisinin işğaldan azad edilməsi və Qəzzə müharibəsinin qalib tərəfi kimi izah ediblər.
Respondentlərin 66%-i ilə Azərbaycan Respublikasının cinayətkar Sionist rejimlə əlaqələrinin mütləq dayandırılmasını tələb ediblər.
Birlik-az və İslam səsi saytının apardığı rəy sorğuları da buna bənzər nəticələrə malikdir.
Azərbaycan Respublikası Dini Etiqadlar və Vicdan Azadlıqları Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu da ölkədə anti-sionist atmosferinin hakim kəsildiyini misli görünməmiş hesab edir.

  • Yazılıb
  • da (də) 2009 Jan 30