Tarix : 2009 Jan 30
Kod 10254

ABŞ DƏYİŞİKLİK İSTƏYİRSƏ İRAN XALQINDAN ÜZR İSTƏMƏLİDİR

Əhmedinejad, Kirmanşahda etdiyi çıxışda, ABŞ prezidenti Obamaya xitab olaraq, "ABŞ-da dəyişiklik etmək istəyənlərin, İran xalqından üzr istəyib, cinayətlərini kompensasiya etmələri lazımdır" deyib
İİR servisi/Aran Agentliyi
Əhmedinejad, ABŞ dəyişiklik istəyirsə vacibdirki İran xalqından üzr istəsin və cinayətlərini sona çatdırsın.

İslam-Azerinin FHA-ya istinadlı xəbərinə görə, Əhmedinejad, Kirmanşahda etdiyi çıxışda, ABŞ prezidenti Obamaya xitab olaraq, "ABŞ-da dəyişiklik etmək istəyənlərin, İran xalqından üzr istəyib, cinayətlərini kompensasiya etmələri lazımdır" deyib.
İran Respublika prezidenti Mahmud Əhmedinejad bu gün Kirmanşahda coşğun və izdiham xalq arasında etdiyi çıxışda, ABŞ eks prezidenti Corc Buşun çirkin nümunəsi, insanlığa qarşı zülm və cinayətlərlə dolu bir keçmişi tarixin zibilliyinə getdiyini xatırladaraq, "Buşun çürümüş tarixinin son çirkin yarpağı da, sionist İsraillilərin Qəzza Şəridində işlədikləri qırğın cəhdlərini tam bir həyasızlıqla dəstəkləməsi idi. O indi getdi və inşallah ki Cəhənnəmə qovuşar" deyə vurğulayıb.

Əhmedinejad, "Bu gün Amerikada "dəyişiklik" şüarıyla iqtidar olan bir hökumət iş başındadır. Yeni prezident, ABŞ siyasətlərində dəyişiklik edəcəyini irəli sürür. Təbiiki bu gözəl bir sözdür. Çünki Buşun tətbiq etdiyi siyasətlər, əxlaqa, insanlığa və ilahi Peyğəmbərlərin bütün təlimlərinə zidd idi. Buşun tətbiq etdiyi siyasətlər, son 50 ilin ən murdar və ən çirkin siyasətlər idi" deyə çıxışını davam etdirərkən, "Dəyişiklik, gözəl bir təbir. Və onlar "biz dəyişiklik edəcəyik" deyirlər. Dəyişiklik dedikləri 2 şəkildə ola bilər. Bir dəyişiklik, təmələ istiqamətli və prinsiplərdə olar. Bir dəyişiklik də taktika zərurəti olar. Yəni, ifadə tərzi və siyasi vasitələr dəyişər" deyə bildirib.
  • Yazılıb
  • da (də) 2009 Jan 30