Türkiyə servisi/Aran Agentliyi
Davosda iclasa qatılan Ərdoğan Peresə sərt cavab verib iclası tərk etdi.
İslam-Azeri-nin bu hadisə ilə bağlı hazırladığı ətraflı məlumatı diqqətinizə çatdırırıq:
İşdə Ərdoğanın Davosdakı çıxışı:
Ramallah qapısında Türkiyə cümhuriyyətinin baş naziri olaraq yarım saat gözlədildiyini söyləyən Ərdoğan, Peresdən bunun izahını istədi. İsrailin Fələstin tərəfindən raketlər atıldığını açıqladığını söyləyən Ərdoğan, "Atılan mərmilərdən ölən varmı? Bu necə bir raketdir ki, ölən yoxdur. Amma bu müddət içində çox sayda Qəzzalı dünyasını dəyişib" -deyib.
Ərdoğan "Vəziyyət təsbitinə 40 il əvvəlindən deyil 2008-ci ilin iyunundan başlamaq istəyirəm. Bu dövrdə şifahi bir atəşkəs vardı və hər hansı bir çətinlik söz mövzusu deyildi. Müddət bitincə hər hansı bir hücum olmadı... Qəzzaya bir yeşik pomidor soxmaq İsrailin icazəsinə bağlıdır" deyib.
"Biz humanitar yardım göndəririk, 15 gün qapılarda gözlədilirik. Qızıl aypara 15 gün qapıda gözlədildi, xahiş minnət qəbul etdirdik. Bu qapıların açılması lazımdır. O insanlar həbsxanadamı yaşayacaq. Əvvəl bu qapıların açılması lazımdır. İnsanlar əvvəlcə həyat haqqını qazanması lazımdır.Olmertə söylədim, siz bu görüşmələri tək tərəfli görüşürsünüz. Çünki siz yalnızFəthlə görüşürsünüz bu Həmasda bu ölkənin bir parçasıdır. Mən Olmertə bunu söylədim: Baxın Həmasın əlindəki əsir əsgəri biz qurtara bilərik. Sizdən xahişim bu. İslahat və Dəyişmə Partiyası Fələstində seçki qazandı. Həmişə demokratıq dedik. O zaman bu demokratik mübarizəni vermiş və onları qazananları hörmətlə qarşılaya bilərik. İşdə o seçilənlərdən millət vəkilləri nazirləri sizin əlinizdə əsirdir. Gəlin burada bir paketləyək, hörmətli Abbasa göstərdiyiniz diqqəti onlara göstərin. Olmert "Əgər bunları buraxsaq Abbas böhran keçirər" dedi. Dedim ki "o zaman əlinizdəki uşaqlar əsir heç olmasa onları buraxın." O da "yoldaşlarla görüşək sizə dönərik" dedi. Hələ dönəcək.
Sonra nə oldu 1400 insan öldü bunların arasında uşaqlar var.
Soruşuruq sizə insanca düşünək. İsrailin əlindəki silah və kütləvi informasiya silahları daxil bunların biri Fələstində varmı? Mən bildiyimə görə zərrə qədər silah yoxdur.Və Peres cavab verir:
İsrail kimsəni öldürmək istəmir. Uşaqlar son dərəcə əhəmiyyətli. Bizim yığdığımız bütün pullar uşaq mərkəzlərinə gedirdi. Beş il içində xəstəxana yox idi məsələn. 5,500 uşağa kömək etdik. Ərəb /həkimləri də yox idi İsraildə müalicə etdik.
Nə olur burada. Hər gün 1 milyon adam sığınacaqlarda qalmaq məcburiyyətində qalır. Hər şey yolunda idimi? Günlərlə aylarla illərcə gözlədik bir son gəlsin deyə amma son gəlmədi.
Qəzzaya istiqamətli keçişlər açıq idi. Mühasirə yox idi. 20 milyon dollar sərmayə qoyduq. Onlar niyə keçiş nöqtələrini bombaladılar. Biz Qəzzadan çəkilmişdik. Yanacaq, içməli suyu göndərirdik. Yalnız İrandan gələn raketləri götürmələrinə icazə vermədik. Tunelləri bunun üçün düzəltdilər.
Həmas raket atmadan əvvəl Qəzzada aclıq yox idi. Mənə kimsə bu hücumun səbəbi mövzusunda sual soruşa bilməz. Misirlə İordaniyalı sülh müqaviləsi bağladıq. Biz Fələstinlədə barış istəyirik. Minlərlə insan İsraildə sığınacaqlarda yaşayır. İsrail 60 yaşında. 60 yaşında 7 dəfə döyüşüb, intifalarla mübarizə edən ölkə gördünüzmü?
Mübarək vəziyyəti sizdən daha yaxşı bilir. Mahmud Abbas da vəziyyəti bilir və Həması günahlandırır. Heç kim Həmasın raketlərinə reaksiya vermədi.Sizin təbirinizcə problem İranın Orta şərqdə hakimiyyət qurmaq istəməsidir. İran Həmasa raket göndərir. Qarışıqlığa səbəb olur. Bizim variantımız barışdır. Siz raketlər altında qalsanız reaksiyanız nə olar? Burada bir təyin etmə problemi vardır. İsrail üçün öz uşaqlarının gələcəyini qorumaq çox əhəmiyyətlidir. Atəşkəsi biz pozmadıq. Qəzzanı özlərinə buraxmışdıq. Bizimlə niyə döyüşürlər. Biz heç bir zaman ilk atəşi başlamadıq, biz cavab verdik. Həmas çirkin bir diktatorluqdur. Bu anda Həmasın səbəb olduğu problemlərlə məşğul oluruq. Qəzzaya köməyi biz deyil Həmas maneə törədir.
... Ərdoğan Davosu Tərk edir:
Hörmətli Peres mən deyil yaşlısan səsin çox yüksək çıxır. Bilirəm ki səsinin bu qədər yüksək çıxması bir günahkarlıq psixologiyasıdır. Öldürməyi siz çox yaxşı bilərsiniz. Ölkənizdə Baş nazirlik etmiş kəslərin sözləri vardır. "Tankların üzərində Fələstinə girdiyimdə özümü xoşbəxt hiss edirəm" deyən baş nazirləriniz vardı.
Bu aradan iki söz söyləyəcəyəm. Sözümü kəsməyin. 1 Tövrat 6. maddesinde deyir ki öldürməyəcəksən. Burada qətliamlar vardır. Akademik Ovu Şalom Guardinada bunu söyləyir. İsrail Quldur dövlət halına gəlmişdir.
Mənim üçün Davos bitmişdir. Siz 25 dəqiqə danışdınız məni isə 12 dəqiqə danışdırırsınız.
Sonradan İsrail prezidentinin üzr istədiyi xəbərləri yayıldı.....