Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Davosda İsrail prezidentinə sərt mövqeyini bildirməsini İranın müdafiə naziri də təqdirə layiq olduğunu bildirib
İİR servisi/Aran Agentliyi
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Davosda İsrail prezidentinə sərt mövqeyini bildirməsini İranın müdafiə naziri də təqdirə layiq olduğunu bildirib.
İslam-Azeri-nin İran KİV-lərinə istinadlı xəbərinə görə İranın müdafiə naziri Məhəmməd Nəccar Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Davosda İsrail prezidentinə sərt mövqeyini bildirməsini təqdirə layiq olduğunu bildirərək bu cür addımlardan bəzi susqun ərəb liderlərinin örnək almasının vacib olduğunu önə çəkib.
Nəccar Ərdoğanın Davosda çıxışının dünya müsəlmanlarının nalələri olduğunu və İsrailin zülmünə bu cür etiraza görə Türkiyənin baş nazirinə minəttar olduğunu bildirib.
İranın müdafiə naziri həmçinin İsrailin Qəzzada törətdiyi cinayətlərə görə beynəlxalq məhkəmədə mühakimə olunmasının da vacib olduğunu vurğulayıb.