İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Davosda göstərdiyi düzgün mövqeyindən dolayı ona təşəkkür edib
  Türkiyə servisi/Aran Agentliyi
Əhmədinejad Ərdoğanın mövqeyini təqdir edib.
 
İslam-Azeri-nin İran KİV-lərinə istinadlı məlumatına görə İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Davosda göstərdiyi düzgün mövqeyindən dolayı ona təşəkkür edib.
 
Verilən məlumata görə Əhmədinejad: "Ərdoğanın göstərdiyi mövqe, Türk xalqının və müsəlmanların demək istədiyi sözlər idi"-deyərək Ərdoğanın İsrail prezidentinə dediyi: "Siz uşaq öldürməyi yaxşı bilirsiniz"-deməsini təqdirə layiq addım adlandırıb.