Tarix : 2009 Jan 31
Kod 10290

AYƏTULLAH XAMENEİ İMAM XOMEYNİ VƏ DİGƏR ŞƏHİDLƏRİN MƏZARLARINI ZİYARƏT EDİB

Bu gündən etibarən 10 günlük tədbirlərin başlanması elan edilib
İİR servisi/Aran Agentliyi
İranda İslam inqilabının ildönümünün tədbirləri başlayıb.

İslam-Azeri-nin Fars Nyusa istinadlı xəbərinə görə İran İslam İnqilabının 30-cu ildönümü münasibətilə 10 günlük tədbirlər başlayıb.

İran İslam İnqilabının rəhbəri Ayətullah Seyyid Əli Xamenei bu gün 10 günlük tədbirlərin birinci günündə həmişə olduğu kimi ilk öncə İran İslam İnqilabının banisi Ayətullah İmam Xomeyninin məzarını ziyarət edib.

Məzarın yanında mərhumun ruhuna dualar və Fatihə qiraət edilib.

Daha sonra Ayətullah Xamenei digər inqilab şəhidləri və 27 iyun şəhidərini də ziyarət edib.

Bu gündən etibarən 10 günlük tədbirlərin başlanması elan edilib.
  • Yazılıb
  • da (də) 2009 Jan 31