Tarix : 2009 Feb 01
Kod 10292

İranın yeni hava hücumundan müdafiə topları Kruz raketlərini məhv edə bilir

sistemin atəş açdığı top gülləsi hədəfə dəymədikdə, avtomatik olaraq hadəfin yaxınlığında partlayır və partlayışdan yaranan qəlpələr hədəfi məhv edə bilir
İİR servisi/Aran Agentliyi
İranda yeni 100 mm-lik hava hücumundan müdafiə topu istehsal olunub. İranın müdafiə naziri bildirib ki, İslami İnqilabın 30 - cu ildönümü münasibətilə buraxılmış100 mm-lik yeni hava hücumundan müdafiə topu təyyarə, vertalyot və Kruz raketlərini məhv edə bilir. Bu barədə İranın FARS xəbər agentliyi yanvarın 31 - də məlumat yayıb.
   
    “Yeni 100 mm - lik hava hücumundan müdafiə topu yerli mütəxəssislər tərəfindən hazırlanıb. Yeni hava hücumundan müdafiə sistemində quraşdırılmış optik və radar qurğuları vasitəsilə, sistem avtomatik şəkildə hədəfi məhv edə bilir”,- deyə İranın Müdafiə Naziri Mustəfa Nəccar şənbə günü Tehranda bildirib.
   
    O əlavə edib ki, sistemin atəş açdığı top gülləsi hədəfə dəymədikdə, avtomatik olaraq hadəfin yaxınlığında partlayır və partlayışdan yaranan qəlpələr hədəfi məhv edə bilir.
    Nəccar yeni qurğunun sürətli, dəqiq və uzaq məsafəyə atma qabiliyyətlərini onun üstünlüyü kimi səciyyələndirib.
  • Yazılıb
  • da (də) 2009 Feb 01