Tarix : 2009 Feb 01
Kod 10295

İranda fəcr bayramı günləri başladı

İranın oyaq və inqilabi xalqının İmam Xomeyni həzrətlərini qarşılaması o qədər əzəmətli oldu ki , tarixin heç bir dövründə buna bənzər qarşılama mərasimi təşkil olunmadığı deyilir
İİR servisi/Aran Agentliyi
Şənbə günü bəhmən ayının 12-i yanvarın 31 İİR-nin banisi İmam Xomeyni həzrətlərinin islami vətənə qayıtmasının ildönümüdür. 30 il əvvəl bu gün İmam Xomeyni həzrətləri 15 il sürgün ardınca və 15 ildən sonra vətənə dönüb xalq tərəfindən hərarətlə qarşılandı.

 Azeri.irib rəsmi saytına istinadlı xəbərinə görə , İranın oyaq və inqilabi xalqının İmam Xomeyni həzrətlərini qarşılaması o qədər əzəmətli oldu ki , tarixin heç bir dövründə buna bənzər qarşılama mərasimi təşkil olunmadığı deyilir . İmam Xomeyni Mehrabad hava limanında qısaca nitq söyləyərək İslam İnqilabı şəhidlərinin ruhuna dərin ehtiramını bildirmək üçün beheşt zəhra qəbiristanlığına yollandı və orada geniş nitq söylədi. İmam Xomeyni həzrətləri şəhidlər məzarını ziyarət etdikdən sonra Tehranda sadə bir evdə qalaraq əzəmətli İslam İnqilabının qələbə çaldığı 11 fevral tarixinə qədər oradan inqilabi rəhbərlik etdi. İranda fevralın birindən yəni İmam Xomeyninin vətənə gəlişindən inqilabın qələbə çaldığı 11 fevral tarixinə qədər olan günlər fəcr dekadası dalanır və hər il bu günlərdə xüsusi mərasimlər keçirilir . İran İslam Respublikası banisinin vətənə qayıtması günün ildönümü və fəcr bayramı günləri münasibəti ilə bütün dünya müsəlmanları və azadələri təbrik edirik.

  • Yazılıb
  • da (də) 2009 Feb 01