Haniyə : Öz adım və fələstinlilər adından İran İslam Respublikasının rəhbəri və xalqına göstərdiyi cəsur və güclü mövqeyə görə təşəkkür edirəm
İİR servisi/Aran Agentliyi
Həmas təşkilatının sədriİran İslam İnqilabının ali rəhbəri Ayətullah Xameneiyə məktub yazıb.
İslam-Azeri-nin İSRA x.a-nə istinadlı xəbərinə görə Fələstinin baş naziri və Həmas təşkilatının sədri İsmayıl Haniyə İran İslam İnqilabının ali rəhbəri Ayətullah Seyyid Əli Xameneiyə məktub yazıb.
Məktubda İsmayıl Haniyə Fələstin xalqına diqqət və dəstəkdən ötrü İran xalqı və rəhbərinə təşəkkür edilir: "Öz adım və fələstinlilər adından İran İslam Respublikasının rəhbəri və xalqına göstərdiyi cəsur və güclü mövqeyə görə təşəkkür edirəm".
Qəzza məsələsində verdiyi hökmlə dünyadakı yatmışların da oyandığını önə çəkən Haniyə:"Siz və rəhbərlik etdiyiniz İran xalqı Fələstin məsələsində çox səy göstərdi, buna görə İran xalqı ilə qürur duyuruq və sizə təşəkkür edirik"-deyib.