Tarix : 2009 Feb 01
Kod 10314

TÜRKİYƏDƏ ƏRDOĞANA DƏSTƏK AKSİYALARI

Türkiyənin bir çox yerində Ərdoğanın Davosdakı çıxışı təqdirlə qarşılanmaqla yanaşı buna dəstək aksiyaları keçirilməkdədir
Türkiyə servisi/Aran Agentliyi
Türkiyənin bir çox yerində Ərdoğanın Davosdakı çıxışı təqdirlə qarşılanmaqla yanaşı buna dəstək aksiyaları keçirilməkdədir.

İslam-Azeri-nin Türkiyə müxbirinin verdiyi məlumata görə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İsrail prezidenti Peresə "Siz öldürməyi yaxşı bacarırsınız, mən yaxşı bilirəm İsrail ordusu dəniz qırağında necə fələstinli uşaqları qətlə yetirmişdir"-cümlələri başda olmaqla Davos çıxışını təqdirə layiq hesab edərək Türkiyənin bir çox yerində baş nazirə dəstək aksiyaları və mətbuat konfransları təşkil edirlər.

Bu tədbirlərdən biri də ADAP tərəfindən təşkil edilmişdir.

Onlarda Ərdoğanın bu mövqeyini dəstəklədiklərini və uşaq qatilinə qarşı bu cür sərt çıxışını təqdirə layiq hesab etdiklərini bildiriblər.
  • Yazılıb
  • da (də) 2009 Feb 01