İİR-nin prezidenti deyib: İslam İnqilabının özü və onun qələbəsi müasir dünyada İran xalqının ən yüksək yeniliyidir
İİR servisi/Aran Agentliyi
İİR-nin prezidenti deyib: İslam İnqilabının özü və onun qələbəsi müasir dünyada İran xalqının ən yüksək yeniliyidir.
Azeri.irib rəsmi saytına istinadlı xəbərinə görə ,İİR prezidenti Mahmud Əhmədinejad bu gün Tehranda keçirilən yeniliklər milli festivalının açılış mərasimində etdiyi çıxışında deyib: Yenilikçilik və elmi fəaliyyətlər hegemonçuların təhqiredici şantajları və yaratdıqları maneələri qarşısında qorxmazlıq tələb edir.
İran prezidenti deyib: İran xalqı müstəqillik, azadlıq və öz mentalitetini bərpa uğrunda ağır xərclər ödəməli olub və istibdadla mübarizədə yeni metodlardan istifadə edərək ən qısa zamanda ən böyük uğurlar qazanıb.