Tarix : 2009 Feb 01
Kod 10316

HƏMSƏDRLƏR YALAN DANIŞIB

Erməni ekspertlərinə görə, Davos danışəqlarında heç bir mövqe yaxınlaşması baş verməyib
Azərbaycan servisi/Aran Agentliyi
ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda guya irəliləyiş əldə edildiyini bəyan etməklə Azərbaycan və Ermənistan ictimaiyyətlərini aldadır. Erməni ekspertləri bu fikirdədir. Erməni mənbələrinin xəbərlərinə görə, politoloq Sergey Şikaryants deyib ki, həmsədrlərin Davos danışıqlarının yekunlaır ilə bağlı yaydıqları bəyənat reallığı qətiyyən əks etdirmir. Politoloqun bildidiyinə görə, Davosda prezidentlər İlham Əliyev və Serj Sərkisyan arasında aparılan danışıqlarda bəyan edldiyinin əksinə olaraq münaqişənin nizamlanmasının əsas prinsiplərinə dair heç bir yaxınlaşma olmayıb. Şikaryants hesab edir ki, indiki şərtlər daxilində tərəflərin mövqelərini yaxınlaşdırmaq mümkün deyil, çünki mövqelər bir-birindən kəskin fərqlənir, üstəlik heç bir tərəfin güzəştə getmək meyli hiss olunmur. Belə vəziyyətdə həmsədlər danışıqlarda irəliləyiş əldə edildiyini bildirməklə hər iki ölkədə ictimaiyyətləri münaqişənin tezliklə nizamlanacağına inandırmağa hesablanıb.
Dağlıq Qarabağdan olan ekspert Mais Mailyan isə deyib ki, prezidentlərin görüşündə ancaq texniki məsələlər müzakirə olunub. Münaqişənin nizamlanmasının baza prinsplərinə dair mövqelər arasında yaxınlaşma isə baş verməyib. Ekspertin fikrincə, ötən ilin sonlarına doğru tərəflərin mövqelərində sərtləşmə müşahidə edilib, bununla da ortaq təmas nöqtələrindən uzaqlaşma baş verib. Ona görə də Davos danışıqlarında irəliləyiş əldə edildiyi haqda deyilənlər reallıqdan uzaqdır. Xatırladaq ki, həmsədrlərin Davos danışıqlarına dair yaydıqları birgə bəyənatda münaqişənin nizamlanmasının baza prinsipləri üzərində tezliklə razılaşma əldə ediləcəyinə ümid ifadə olunurdu.
 
  • Yazılıb
  • da (də) 2009 Feb 01