Tarix : 2009 Feb 01
Kod 10318

Ərdoğanın hərəkəti ilahi mərhəmətin təsiri idi

İran İslam Respublikasının beynəlxalq təsiri üzündən Türkiyənin müdrik baş nazirinin Sionist rejimin qarşısında dayanmasının şahidi olduq
İİR servisi/Aran Agentliyi

İran İslam İnqilabının Böyük Rəhbərinin müşaviri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Davos forumunda Sionist rejimin qarşısındakı etiraz xarakterli davranışını ilahi mərhəmət və İslam İnqilabının dünyadakı təsirlərindən mənşə alan hərəkət adlandırıb.
 
Azeri.irib rəsmi saytına istinadlı xəbərinə görə ,
Əliəkbər Vilayəti deyib: İran İslam Respublikasının beynəlxalq təsiri üzündən Türkiyənin müdrik baş nazirinin Sionist rejimin qarşısında dayanmasının şahidi olduq.
Əliəkbər Vilayəti deyib: İslam İnqilabı xalqın səsi ilə formalaşıb və İslam dinini əsas götürüb. Bu da dünyanın 50 islami ölkənin həmrəyliyi ilə nəticələnib.
Vilayəti deyib: Tarixə ötəri baxış keçirdikdə, bu mühüm məsələni başa düşmək olar ki, müsəlman xalqların birliyi daima dünyada supergüclərin hegemonçuluqlarına mane olub və bu xalqları zərərlərdən qoruyub.

  • Yazılıb
  • da (də) 2009 Feb 01