Tarix : 2009 Feb 01
Kod 10320

TƏBRİZDƏN YÜKSƏLƏN ŞÜARLAR: ''YAŞASIN ƏRDOĞAN''

Aksiya iştirakçıları "Yaşasın Rəcəb Tayyib Ərdoğan" plokatları ilə konsulluq önündə şüarlar söyləyərək Türkiyə konsulluğuna gül dəstəsi göndəriblər
İİR servisi/Aran Agentliyi
İranın bir çox yerində olduğu kimi Təbriz şəhərində də Ərdoğanın Davos çıxışını təqdirə layiq qarşılayıblar.

İslam-Azeri-nin İran KİV-lərinə istinadlı xəbərinə görə dünən Təbriz şəhərində bir qrup insan Türkiyə konsulluğu qarşısında yığışıblar.

Onlar Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İsrail prezidenti Peresə "Siz öldürməyi yaxşı bacarırsınız, mən yaxşı bilirəm İsrail ordusu dəniz qırağında necə fələstinli uşaqları qətlə yetirmişdir"-cümlələri başda olmaqla Davos çıxışını təqdirə layiq hesab edərək Türkiyə Təbrizdəki konsulluğu qarşısına yığışmışlar.

Aksiya iştirakçıları "Yaşasın Rəcəb Tayyib Ərdoğan" plokatları ilə konsulluq önündə şüarlar söyləyərək Türkiyə konsulluğuna gül dəstəsi göndəriblər.

Tehranda da bu cür aksiya keçirilib.

Türkiyənin İrandakı səfirliyi qarşısında yüzlərlə iranlı mikrofonla Ərdoğanın Davos çıxışını tərif edən şüarlar önə çəkiblər.

Səfirliyinin giriş qapısındakı lövhəsinə isə gül yapışdırılıb.
  • Yazılıb
  • da (də) 2009 Feb 01