yüz minlərlə dollar vəsaitin toplandığı kampaniyaya Türkiyənin tanınmış iş adamları, məşhur müğənniləri, Türkiyə Futbol Federasiyası başqanı və yüzlərlə sadə vətəndaş qatılıb
Azerbaijan servisi /Aran Agentliyi
Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəsin aparıcılıq etdiyi “İbo Şhow” verilişinin bu bazarkı yayımında Qəzza bölgəsində baş vermiş İsrail-HƏMAS qarşıdurmasından əziyyət çəkmiş uşaqlara yardım kampaniyasına həsr olunub.
Lent.az-ın xəbərinə görə, yüz minlərlə dollar vəsaitin toplandığı kampaniyaya Türkiyənin tanınmış iş adamları, məşhur müğənniləri, Türkiyə Futbol Federasiyası başqanı və yüzlərlə sadə vətəndaş qatılıb.
Azərbaycandan verilişin canlı yayımına qoşulan iş adamı Anar Məmmədov da kampaniyanı uğurlu adlandırıb və belə bir yardım kampaniyasının başladıldığı üçün İbrahim Tatlısəsə, həmçinin telefon açdığı müğənni Alişana təşəkkürünü bildirib. O, yardım kampaniyasına 50 min TL (təxminən 30 min dollar) pul dəstəyi göstərdiyini deyib.
Qeyd edək ki, A. Məmmədov təmsil etdiyi şirkətin adını söyləməyib.