Tarix : 2009 Feb 02
Kod 10325

MOSSADIN AZƏRBAYCANDA TELEKANALI VARMI?

Çox əfsuslar olsun ki, Azərbaycanda bu cür verilişlərə nəzarət edən bir qurum yoxdur
Azerbaijan servisi /Aran Agentliyi
Ərdoğanın Davos çıxışı hər kəsin xoşuna gəlməsinə və təqdirlə qarşılamasına baxmayaraq Azərbaycanda bəzi telekanallar bunun əksinə olaraq təbliğat aparmağa çalışırlar.
Dünən telekanallardan birində Davosdakı Ərdoğan-Peres qalmaqalı adı ilə həftəlik proqramların şərhçiləri öz fikirlərini yerli və xaricilərlə bölüşürdülər.
Lakin çox təəccüblüsü və təəssüf yaradan məsələ o idi ki, şərhçi nədənsə Ərdoğanın Davosdakı çıxışını eqoistcəsinə üstü örtülü pisləyirdi.

Aparıcılardan biri isə "Buşa ayaqqabı atmaq" və ya "Ərdoğanın Davosda Peresə sərt sözlər deməsini" İslam dünyasının acizliyi kimi qələmə verdi.

Bu sözdən sonra məndə belə təəssürat yarandı ki, səhərdən baxdığım telekanal Azərbaycandan deyil İsrailin Mossad Kəşfiyyat Orqanının "podval"-ından yayımlanır.

Hətta Türkiyədə səfərdə olarkən tanınmış jurnalistlərlə görüşdüyüm zaman onlara bu telekanal adını dedikdə onlar gülərək "Siyasətçiniz Türkiyəyə gəldikdə maviləri göndərən qəzetlə bu telekanalın əməkdaşlığı olub. Müəyyən məbləğ pul ilə bu qəzet bu oyunu qurmuşdu. Bu hadisənin oyun və ya qurulma iş olması burada gün kimi aydın idi"-deməsi məni heyrətləndirmişdi.

Bu baxımdan bu telekanal kimi fəaliyyət göstərən "sionist təbliğat maşınlaına" cavab olaraq bunu deyirəm: "Acizlik jurnalistə böhtan atmaqdır. Acizlik siyasətçini mavi kimi efirə verib qadın uşaqlarımıza hörmətsizlikdir", "Acizlik İsrail və ABŞ-nin oyuncağına çevrilənlərin nökərçiliyini etməkdir", "Acizlik milli soyqırım günlərində hər cür imkanolmasına baxmayaraq bu haqda film çəkməməklə qondarma soyqırımla bağlı olan filmləri efirə verərək öz şəhidlərimizə və xalqımıza hörmətsizlikdir".

Çox əfsuslar olsun ki, Azərbaycanda  bu cür verilişlərə nəzarət edən bir qurum yoxdur. Və nə yaxşı ki, bu cür telekanallara Türkiyədə baxmırlar. Çünki bu olaydan sonra bədbəxtçilik o olardı ki, türklər Azərbaycan səfirlik və ya konsulluq önündə etiraz edərək bizim xalqımızı qınayardılar. Onlar nə bilsinlər ki, bu telekanallar bizim milətimizin Azərbaycanın mənafeyini deyil İsrail və ABŞ-nin maraqlarına qulluq edir.

Mən isə lazım olan adamlara belə bir sual vermək istərdim: Azərbaycanda Mossadın telekanalı varmı ?
  • Yazılıb
  • da (də) 2009 Feb 02