Tarix : 2009 Feb 02
Kod 10326

TÜRKİYƏDƏ HƏR GÜN QƏZZA İLƏ BAĞLI TƏDBİRLƏR KEÇİRİLİR

Ankara Fələstin Dostları Platforması (AFDP) Kocatəpə Mədəniyyət Mərkəzində Qəzza ilə bağlı böyük bir tədbir keçirib
Türkiyə servisi /Aran Agentliyi
Türkiyədə hər gün demək olar ki, Fələstin və Qəzza ilə bağlı tədbirlər keçirilməkdədir.

İslam-Azeri-nin Türkiyə müxbirinin verdiyi məlumata görə bu cür tədbirlərdən biri də Ankarada dünən keçirilib.

Ankara Fələstin Dostları Platforması (AFDP) Kocatəpə Mədəniyyət Mərkəzində Qəzza ilə bağlı böyük bir tədbir keçirib.

"Fələstinin dünəni, bu günü, sabahı və ümmətin məsuliyyəti" adlı konfrnasda HƏMAS Siyasi Büro Üzvü Ziyad Əbu Zeyd, Qəzzada yaşanan müqavimət haqqında məlumat verib.

"HƏMAS-a Salam Müqavimətə Davam", "Hayber Hayber Ya Yahud Ceyşü Muhammad Sevfe Yaud", "Yaşasın İslami Müqavimətimiz"şüarları və təkbirlə bu tədbir daha da coşqulu keçib.

Quranı Kərim tilavəti və tərcüməsinin oxunması ilə başlayan tədbirdə AFDP-in Qəzza dramını və HƏMASa dəstək proqramlarından və Fələstində yaşanan soyqırımla bağlı kadrlardan ibarət film tədbir iştirakçılarının kövrəlməsinə səbəb oldu.

Proqramın panel iclasında isə İLKAV sədri Məmməd Pamak, Gənc Təcrübə Jurnalı Redaktoru və təsisçisi Əli Qaçar ilə Umran jurnalı Redaktoru Cevat Özkaya, "Fələstinin dünəni, bu günü və sabahı ilə ümmətin məsuliyyətləri" mövzusunda çıxışlar ediblər.
  • Yazılıb
  • da (də) 2009 Feb 02