Fələstinin qanuni hökumətinin baş naziri İsmayıl Həniyyə İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah-əl-üzma Xamenei cənablarına təşəkkür məktub ünvanlayıb
İİR servisi/Aran Agentliyi
Fələstinin qanuni hökumətinin baş naziri İsmayıl Həniyyə İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah-əl-üzma Xamenei cənablarına təşəkkür məktub ünvanlayıb.
Məktubda Böyük İnqilab Rəhbəri və İran hökuməti və xalqının məzlum Fələstin xalqına göstərdiyi himayələrə görə təşəkkür ifadə olunub.
Həniyyə Həzrət Ayətullah-əl-üzma Xameneiyə xitabən ünvanladığı məktubda vurğulayıb ki, İran İslam Respublikası böyük İslam İnqilabının sayəsində bütün sahələrdə məzlum Fələstin xalqı üçün intensiv rol oynadı və fələstinlilərin hər birinin mənzilində yeni bir perspektiv açdı.
Fələstinin qanuni hökumətinin baş naziri onu da diqqətə çatdırıb ki, Böyük İnqilab Rəhbərinin müharibənin qızğın günlərindəki tövsiyələri fələstinli mübarizləri işğalçılar qarşısında təmkinli olub, möhkəm müqavimət göstərməkdə ümid əhval-ruhiyyəsi bəxş etdi.
Həniyyənin sözlərin görə Fələstin xalqı öz ərazilərini Sionist rejimin işğalından azad etmək üçün şərəflə müqaviməti davam etdirir və Allahın mərhəməti ilə Fələstin xalqının amalları gerçəkləşəcək.