Mərasimdən sonra İran rejissoru Məcid Məcidinin “İlahi rəng” filmi nümayiş etdiriləcək
  Azərbaycan servisi/Aran Agentliyi
Fevralın 6-da Bakıda “İran kino həftəsi”nin açılış mərasimi keçiriləcək. Açılış mərasimi Aktyorlar evində olacaq. "Azərtac"ın məlumatına görə, tədbir İranın Bakıdakı səfirliyinin Mədəniyyət Mərkəzinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) birgə əməkdaşlığı çərçivəsində təşkil olunacaq. Mərasimdən sonra İran rejissoru Məcid Məcidinin “İlahi rəng” filmi nümayiş etdiriləcək.