İslam İnqilabının Böyük Rəhbəri Qəzzə xalqının Sionist rejim ordusu qarşısındakı zəfər çalması üzrə çox əzəmətli hadisəni iman və cihadın nəticəsi biliblər
İİR servisi/Aran Agentliyi
İslam İnqilabının Böyük Rəhbəri Qəzzə xalqının Sionist rejim ordusu qarşısındakı zəfər çalması üzrə çox əzəmətli hadisəni iman və cihadın nəticəsi biliblər .
Azeri.irib rəsmi saytına istinadlı xəbərinə görə , İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah əl-Üzma Xamenei bazar günü axşam Tehranda Fələstin İslami Müqavimətin Sionist rejim üzərində zəfər çalmasını bir daha təbrik edərək vurğulayıblar : Qəzzə xalqı və islami müqavimət bizim hamımızın başını ucaltdı və özlərinin səbr və dayanışları ilə qeyd edilən böyük imtahanı uğurla arxada qoydu .
Həzrət Ayətullah əl-Üzma Xamenei Qəzzədə müharibənin hələ sona çatmadığını və siyasi müharibə habelə təbliğat və psixoloji müharibənin hələ də davam etməsinə təkid edərək əlavə ediblər : İslami müqavimət tam ayıqlıq və tədbirlə bütün ehtimallara və şəraitə uyğun olaraq hətta müharibənin yenidən başlanması ehtimalı üçün hazırlıq vəziyyətində olmalıdır.
İslam İnqilabının Böyük Rəhbəri Qəzzənin yenidən bərpasının tez bir zamanda başlanması zəruriliyinə və İİR-nin bu sahədə yardım üçün hazırlığına təkid edib , düşmənin psixoloji və təbliğat müharibəsini xatırladıblar .
O həzrətin sözlərinə görə, düşmən bu müharibədə çalışır ki , həqiqətləri tərs göstərərək Həması və islami müqaviməti Qəzzə xalqının əzab-əziyyətləri üçün məsuliyyət daşıyan tərəf adlandırsın və Təəssüflər olsun ki , Qəzzənin qonşusu olan bəzi ərəb dövlətləri də bu atmosferi qızışdırırlar.
İslam İnqilabının Böyük Rəhbəri xatırladıblar : Bu psixoloji və təbliğat müharibəsilə qarşılaşmağın yeganə yolu islami müqavimət və Fələstinin xalqının haqlı mövqelərini açıqcasına bəyan etməkdir ki, düşmənin səyləri iflasa uğrasın.
Həzrət Ayətullah əl-Üzma Xamenei həmçinin hərbi cinayətlər törətmələrinə görə Sionist rejim başçılarını mühakimə etmə işinin ardınca olmağı mühüm qiymətləndirərək vurğulayıblar : Bu məsələ tam ciddi şəkildə gündəmə gətirilməlidir .
Həmasın siyasi bürosunun sədri Xalid Məşəl də bu görüşdə Qəzzənin vəziyyəti haqda məlumat təqdim edərək İİR tərəfindən Qəzzə işləri üçün beynəlxalq konfransın keçirilməsini alqışlayıb.
Xalid Məşəl İİR-nin Qəzzə xalqını himayə etməsinə görə təşəkkür edərək deyib : İslami Müqavimət və fələstinli qrupların strateji xətti Sionist düşmən qarşısında müqavimət və cihaddır ki , bir an belə bu hədəfdən əl çəkməyəcəkdir .
Həmasın siyasi bürosunun sədri Tehran səfərində həmçinin İİR-nin prezidenti Mahmud Əhmədinejad və xarici işlər naziri Mənuçehr Müttəki ilə görüşüb danışıqlar aparıbdır.
Əhmədinejad Xalid Məşəllə görüşdə Sionist rejim başçılarının mühakimə edilməsi və Sionist malların boykot edilməsinə təkid edib.
Fələstin məclisinin bir qrup millət vəkili ilə Tehrana səfər edən Xalid Məşəl də Mənuçehr Müttəkinin iştirak etdiyi mətbuat konfransında deyib : Daim Fələstin və onun xalqının himayədarı olan İİR-nın mövqelərinə görə təşəkkür edib , bu məsələyə fəxr edirəm. İran xalqının Qəzzəlilərin zəfər çalmasında rolları olubdur. Xalid Məşəlin Tehrana səfərilə eyni vaxtda Fələstinin seçilmiş hökumətinin baş naziri İslamil Həniyyə də İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah əl-Üzma Xameneiyə məktub ünvanlayaraq İranın Qəzzənin müdafiəsiz və məzlum xalqını geniş himayələrinə xatir təşəkkür edib.