Tehranın bələdiyyə başçısı Muhamməd Bager Galibaf Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana «fəxri vətəndaş» adı verib
Türkiyə servisi /Aran Agentliyi
"Yeni Şərq"in İRİB-ə istinadən verdiyi məlumata əsasən, Tehranın bələdiyyə başçısı Muhamməd Bager Galibaf Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana «fəxri vətəndaş» adı verib. O, bu addımı Ərdoğanın Davos İqtisadi Formunda İsrailin hərbi əməliyyatlarına qarşı etdiyi çıxışa görə atıb. Galibaf türk xalqını fələstinlilərin himayədarı kimi gördüklərini bildirib.
Bundan əlavə, Ərdoğana təşəkkür üçün bəzi tələbə birlikləri və ictimai təşkilatlar Türkiyənin Tehrandakı səfirliyinə gül çələngi də qoyublar.