Türkiyənin baş naziri Ərdoğandan Washington Post və Newsweek qəzetininin müxbiri Lalli Veymouç Davosdakı çıxışdan sonra müsahibə götürüb
Türkiyə servisi/Aran Agentliyi
Türkiyənin baş naziri Ərdoğandan Washington Post və Newsweek qəzetininin müxbiri Lalli Veymouç Davosdakı çıxışdan sonra müsahibə götürüb.
İslam-Azeri Türkiyə KİV-lərinə istinadla bu müsahibənin bir hissəsini sizə təqdim edir:
- İsrailin Qəzzə əməliyyatını çox tənqid etdiniz. Bəziləri bunun səbəbinin, İsrail Baş naziri Ehud Olmertin əməliyyat başlamadan əvvəl Türkiyəyə gəlməsi; ancaq əməliyyatdan bəhs etməməsi olduğunu söyləyirlər?
- Bu səhv bir fikirdir.
- Doğrusu nədir?
- Suriyanın tələbinə əsasən bir-birlərilə razılığı təmin etmək üçün İsrail və Suriya ilə bilvasitə olaraq birlikdə görüşlərimiz oldu. Bu bizim Orta şərqdə barışa nə qədər əhəmiyyət verdiyimizin bariz bir nümunəsidir. Bunu daha əvvəl Pakistan və İsrail arasında da etdik. Pərviz Müşərrəf dövründə onları İstanbulda bir araya gətirdik; İsrail və Pakistan xarici işlər nazirləri görüşdülər.
- Nə oldu?
- Təxminən 2 il əvvəl, iki gün davam edən gizli görüşlər oldu. Eyni zamanda İsrail və Fələstin arasındakı görüşlərdə də iştirak etdik.
- İsrail və Fəth arasındamı yoxsa İsrail və Həmas arasındamı?
- Fələstin xalqı və Mahmud Abbası nəzərdə tuturam. 23 dekabrda İsrail Baş naziri Ehud Olmert ilə Ankarada görüşdük. O gün İsrail və Suriya arasındakı bilvasitə görüşmələrin beşinci dövrünü reallaşdırdıq. Həmin axşam, telefonla Suriya prezidenti Bəşər Əsəd ilə telefonla və qarşımda da Olmert ilə və eyni zamanda Suriya Xarici işlər Naziri Vəlid Müəllim ilə danışırdım.
- İsrail və Suriya arasında doğrudan görüşmələrə çalışırdınız?
- Bəli.
- Bəşər Əsəd qəbul etdimi?
- Əsəd əvvəldəndə görüşmələrə həmişə müsbət bir münasibəti var idi. O gecə tərəflər arasında bir razılaşma təmin etməyə çox yaxınlaşmışdıq. Müsbət bir nəticə əldə etmək üçün həftə sonuna qədər görüş üçün razılaşdıq.
- Yəni bir razılaşmağa çox yaxın olduğunuzu hiss etdiniz?
- O gecəki görüşmələr 5 ya da 6 saat davam etdi. Olmertlə danışarkən, israil-Fələstin görüşmələri ilə əlaqədar olaraq Həmasın görüşmələrə daxil edilməməsinin doğru olmayacağını söylədim. Onlar (Həmas) seçkiyə qatıldılar və parlamentdə kürsülərin əksəriyyətini qazandılar. Ancaq Baş nazir Olmert belə bir şeyi edə bilməyəcəyini söylədi. Daha doğrusu, görüş boyunca əsir İsrail əsgəri Gilad Şalıd sərbəst buraxılmasında müvəffəqiyyətli ola biləcəyimə inandığımı söylədim.
- İsrail əsgərini sərbəst buraxmaq üçün, İsraillilərdən Həmas üçün bir şey etməsini istədinizmi?
- Ehud Olmertə əgər bizim İsrail əsgərinin sərbəst buraxılmasında vasitəçilik etməmizi istəyirsə bunu edə biləcəyimizi və bir şeylər əldə edə biləcəyimizi söylədim. Ancaq əsgər sərbəst qaldığında İsrail də Həmaslı parlament başçısı və millət vəkillərini sərbəst buraxmalı.
- İranın bir qolu olan və Şamda yaşayan Xalid Məşəl tərəfindən idarə olunan Həmas ilə niyə bu qədər yaxın əlaqəyə sahibsiniz?
- Əvvəlcə deyim ki, Həmas, İranın bir qolu deyil. Həmas, seçkilərə bir siyasi partiya olaraq girdi. Əgər bütün dünya onlara siyasi bir oyunçu olma şansını versəydi, qazandıqları seçkidən sonra Həmas belə bir vəziyyət içində olmayacaqdı. Dünya, Fələstin xalqının siyasi iradəsinə hörmət göstərmədi. Bir tərəfdən demokratiyanı müdafiə edirik və Orta şərqdə demokratiyanı qorumaq üçün əlimizdən gələnin ən yaxşısını edirik; amma digər tərəfdən seçki sandığının nəticəsinə hörmət göstərmirik. Fələstin bu gün açıq bir həbsxanadır. Həmas, nə qədər çalışdısa bu vəziyyəti dəyişdirə bilmədi. Bir düşünün; bir ölkənin məclis başçısını, bəzi nazirlərini və millət vəkillərini həbsə atacaqsınız, sonra da onlardan danışığa gəlməməsinə görə ittiham edəcəksiniz?
- İndidən başlayaraq Türkiyə üçün bir rol görürsünüzmü? Türk əsgərlərinin Qəzzada barış gücünün bir parçası olması mövzusunda müzakirələr vardı.
- Bu tamamilə qeyri-mümkün. Bəlkə yalnız müşahidəçi olaraq. Təhlükəsizlik gücü göndərməmiz bizim üçün böyük bir səhv ola bilər. İsrailin Qəzzaya hücumlarına qarşı göstərdiyim tutumun antsimitist və ya Yəhudi xalqına qarşı olduğunu iddia etməyə çalışanlar var.
- Və bəzi Amerikalı Yəhudilər buna çox narahat oldu.
- Mən də onların işlərinə narahat oldum. Ölkəmdə yaşayan Yəhudilərdən başlasaq, onlar mənim Yəhudilərə qarşı tutumumun nümunəsidirlər. Bir fərd olaraq davamlı anti-semitizmin bir insanlıq günahı olduğunu ifadə etdim. Bir baş nazir olaraq anti-semitizmin qarşısında dayandım və mənim etdiklərim indiki İsrail hökumətinə qarşı idi çünki bizə qarşı ədalətli davranmadılar.
- Ancaq son zamanlarda Türkiyədə antisemitist hərəkat var?
- Bunlar fərdi cəhdlərdir.
- Amma çox radikallar. İsrail Konsulluğu mühasirəyə alındı.Çox acınacaqlı idi.
- Demokratik aksiyalar oldu. ABŞ-da hətta İsraildə də aksiyalar oldu. Söylədiyimiz hər şey, bu ankı İsrail hökumətinə qarşı idi, Yəhudilərə deyil. Çıxışımda çox açıq bir şəkildə söylədim; Yəhudilərə qarşı bir şey etmək istəyən hər kəs qarşısında məni tapar. Amma əlbəttə Olmert barədə çıxışımı yazmasını istəməyəcəyəm.
- İsrail ilə əlaqəniz sona çatdımı?
- Ciddi bir əlaqəmiz var. Amma bu ankı İsrail hökuməti özünə nəzarət etməlidir. Bu mövzunu önümüzdəki seçkilər üçün istismar etməməlidirlər.
- Prezidentı Barak Obamadan İsraillilər və Fələstinlilər arasında daha tərəfsiz bir rol oynamasını gözləyirsinizmi?
- Bu anda bir ədalət yox. Bundan sonra ədalət gözləyirik.