İslam İnqilabı qələbəsinin 30-cu ildönümü ərəfəsində İranın "Ümid" adlı ilk milli süni peyki kosmosa göndərilib
İİR servisi/Aran Agentliyi
İslam İnqilabı qələbəsinin 30-cu ildönümü ərəfəsində İranın "Ümid" adlı ilk milli süni peyki kosmosa göndərilib . Müxbirimizin məlumatına görə , "Ümid" süni peyki tamamilə İranda konstruksiya edilərək istehsal olunmuş "Səfir 2" peyk qurğusu vasitəsi və İİR prezidenti Mahmud Əhmədinejadın göstərişi ilə uğurla kosmosa buraxıldı və yer orbitində yerləşdi. Yüngül peyk növündən olan Ümid milli peyki ,peyk-yer stansiyası rabitəsinin bərqərarı , orbit və telemetr və digər xüsusiyyətlərin təyini məqsədi ilə yer orbitində yerləşdirilib .Bu peyk sutkada 15 dəfə yer ətrafına qırlanır və hər gün dövr və mənzil ölçmə stansiyaları və vasitəsilə nəzarət altına alınaraq istiqamətləndirilir. Milli Ümid süni peyki iki tezlik dalğası və 8 antena ilə yer ilə qarşılıqlı informasiya mübadiləsi aparır. Peyk daşıyan "Səfir 2" qurğusu yüngül peykləri atmosferə doğru buraxaraq yer orbitində yerləşdirmək qüdrətinə malikdir .