Tarix : 2009 Feb 03
Kod 10370

YEZİDİ KÜRDLƏR TÜRKİYƏNİ SOYQIRIMDA İTTİHAM EDİR

Obamaya göndərilən məktubda deyilir ki, Osmanli imperatorluğu dövründə 1 milyon yezidi kürd öldürülüb
Türkiyə servisi/Aran Agentliyi
İraqda yaşayan yezidi kürdlər ABŞ prezidenti Barak Obamaya məktub yazaraq Türkiyənin onlar qarşı soyqırım törətdiyini bildiriblər. CNN Türk kanalının xəbərində deyilir ki, Osmanlı imperiyasının dövründə, 1916-cı ildə türklər İraqın şimalında 1 milyondna çox yezidi kürdü qətlə yetiriblər. Mosul yaxınlığındakı Şenqal qəsəbəsində bir araya gələn yezidi kürdlərin siyasi və ruhani liderləri imzaladıqlaır məktubda bildirilər ki, türklər onlaır ermənilərə dəstək verdikləri üçün öldürüblər. Məktubda bu hadisələrin yezidi kürdlərə qarşı “soyqırım” olaraq tanınmasına dəstək xahiş edilir.
Bu kampaniyanın arxasında hansı qüvvələrin dayandığı məlum deyil, ancaq bildirilir ki, ötən ayın snlarında İraqın şimalına nəzarət edən kürd administrasiyasının lideri Məsud Bərzani Şenqal qəsəbəsinə gələrək yezidi kürdlərin liderləri ilə görüşüb.
Yezdilik təkallahlı din olaraq 12-ci əsrin ortalarında meydana çıxıb.  Osmanlı imperiyasının son günlərində Türkiyədə 37 minə qədər yezidi kürd yaşayıb. Hazırda onların sayı bir neçə min təşkil edir. Dünyada isə onların sayı 1.5 milyona yaxındır. Ən çox yezidi kürdü İraqda yaşayır-təqribən 600 min nəfər. Rusiya və Gürcüstanda 100 min, Ermənistanda 80 min, Suriyada 20 min, İranda isə 200 minə yaxın yezidi kürdünün yaşadığı güman edilir.
Siyasət şöbəsi
  • Yazılıb
  • da (də) 2009 Feb 03