Tarix : 2009 Feb 04
Kod 10396

ƏRDOĞANIN DAVOS QƏHRƏMANLIĞI (Ətraflı )

Türkiyənin baş nazirinin İsrail prezidentinə sərt sözlər deyərək iclas salonunu tərk etməsi aparıcı KİV-lərinin manşetlərinə çıxmışdır
Türkiyə servisi/Aran Agentliyi
Türkiyənin baş nazirinin Davosda çıxışı gündəmdə olan mövzulardandır. Türkiyənin baş nazirinin İsrail prezidentinə sərt sözlər deyərək iclas salonunu tərk etməsi aparıcı KİV-lərinin manşetlərinə çıxmışdır. Bu hadisə ilə bağlı ətraflı məlumatı Islam-Azeri diqqətinizə çatdırır:
Davos, “Dünya iqtisadi forumu” Türkiyənin baş naziri Rəcəb Təyib Ərdoğan etiraz əlaməti olaraq Davosda keçirilən və İsrail prezidentinin iştirak etdiyi Ümumdünya iqtisadi forumunu tərk edərək bildirdi ki, bir daha forumda iştirak etməyəcək.
Ramallah qapısında Türkiyə cümhuriyyətinin baş naziri olaraq yarım saat gözlədildiyini söyləyən Ərdoğan, Peresdən bunun izahını istəyir.
İsrail prezidentinin yarım saatlıq çıxışına münasibət bildirən "Atılan mərmilərdən ölən varmı? Bu necə bir raketdir ki, ölən yoxdur. Amma bu müddət içində çox sayda Qəzzalı dünyasını dəyişib" –deyərək Peresi diqqətlə qulaq asmağa vadar edir.

Ərdoğan "Qısa xronologiyaya 40 il əvvəldən deyil 2008-ci ilin iyunundan başlamaq istəyirəm. Bu dövrdə şifahi bir atəşkəs var idi və hər hansı bir çətinlik söz mövzusu deyildi. Müddət bitincə hər hansı bir hücum olmadı. Lakin buna baxmayaraq Qəzzaya bir yeşik pomidor soxmaq İsrailin icazəsinə bağlıdır" –deyərək əsas mətləblərə yaxınlaşır.

"Biz humanitar yardım göndəririk, 15 gün qapılarda gözlədilirik. Qızıl aypara 15 gün qapıda gözlədildi, xahiş minnət qəbul etdirdik. Bu qapıların açılması lazımdır. O insanlar həbsxanadamı yaşayacaq. Əvvəl bu qapıların açılması lazımdır. İnsanlar əvvəlcə həyat haqqını qazanması lazımdır.Olmertə söylədim, siz bu görüşmələri tək tərəfli görüşürsünüz. Çünki siz yalnızFəthlə görüşürsünüz bu Həmasda bu ölkənin bir parçasıdır. Mən Olmertə bunu söylədim: Baxın Həmasın əlindəki əsir əsgəri biz qurtara bilərik. Sizdən xahişim budur: bilirsinizki İslahat və Dəyişmə Partiyası Fələstində seçki qazandı. Həmişə demokratıq dedik. O zaman bu demokratik mübarizəni vermiş və onları qazananları hörmətlə qarşılaya bilərik. İşdə o seçilənlərdən millət vəkilləri nazirləri sizin əlinizdə əsirdir. Gəlin burada bir paketləyək, hörmətli Abbasa göstərdiyiniz diqqəti onlara göstərin. Olmert "Əgər bunları buraxsaq Abbas böhran keçirər" dedi. Dedim ki "o zaman əlinizdəki uşaq əsirləri heç olmasa buraxın." O da "yoldaşlarla görüşək sizə deyərik" dedi. Hələ bir xəbər yoxdur.
Sonra nə oldu 1400 insan öldü bunların arasında uşaqlar var.
Soruşuruq sizə insanca düşünək. İsrailin əlindəki silah və kütləvi informasiya silahları daxil bunların biri Fələstində varmı? Mən bildiyimə görə zərrə qədər silah yoxdur.
Hörmətli Peres yaşlısan səsin çox yüksək çıxır. Bilirəm ki səsinin bu qədər yüksək çıxması bir günahkarlıq psixologiyasıdır. Öldürməyi siz çox yaxşı bilərsiniz. Ölkənizdə Baş nazirlik etmiş kəslərin sözləri vardır. "Tankların üzərində Fələstinə girdiyimdə özümü xoşbəxt hiss edirəm" deyən baş nazirləriniz vardı. Bu aradan iki söz söyləyəcəyəm.(Moderator erməni damarı tutaraq sionistləri müdafiə etməyə çalışır) Sözümü kəsməyin. Tövratın 6-cı maddəsində deyir ki, öldürməyəcəksən. Burada qətliamlar vardır. Akademik Ovu Şalom Guardinada bunu söyləyir. İsrail Quldur dövlət halına gəlmişdir.(Moderator yenə Ərdoğanın Əlindən tutur)
Mənim üçün Davos bitmişdir. Siz Peresə 25 dəqiqə söz verdiniz məni isə 12 dəqiqə danışdırırsınız.

ƏRDOĞANA DƏSTƏKLƏR
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Davosdakı çıxışından sonra Həmas və İslami Cihad təşkilatları onun bu addımlarını təqdirə layiq hesab ediblər.

İslami Cihad Təşkilatının sözcüsü Davud Şahab Ərdoğanın "Siz uşaqları qətlə yetirdiniz" deyib salonu tərk etməsini təqdirə layiq hesab edərək:"Fələstin xalqı, Türkiyənin bu güclü mövqeyini təqdir etməkdədir. Ərdoğanın bu mövqeyi, Fələstin iddiasının müsəlman və Ərəblərin iddiası olduğunu, Türkiyənin də bu mövqeyini hələ itirmədiyini göstərməkdədir"-deyib.

Bəzi ərəb ölkələrinin də bu cür mövqe göstərməsinin vacibliyini önə çəkən Şahab: "Bizlər, Ərəb dövlətlərin də belə bir mövqe göstərməsini günahsızları və uşaqları qətl edənlərə heç bir konfransda fürsət verməmələrini gözləyərdik. İsrail, tam mənasıyla bir döyüş cinayəti işlədi. Beynəlxalq hüququ və ənənələri tapdaladı. Dünyadakı bütün azad şəxsiyyətlərin, məscidləri, xəstəxanaları, təcili yardımları, məktəbləri və universitetləri partladan bu qatilləri məhkəməyə vermək lazımdır" -cümlələrini önə çəkib: "Bizlər və Fələstin xalqı, qardaş Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bu cəsur mövqeyini əsla unutmayacağıq"-deyib.

Həmas da Ərdoğanın bu addımını təqdir edib. Həmas sözcüsü Fevzi Burhum Ərdoğanın bu mövqeyini dəstəklədiklərini önə çəkərək : "İslami Müqavimət Hərəkatı (Həmas), Davosda edilən Dünya İqtisadi Forumu yığıncağı əsnasında "Qəzza Orta Şərqdə Barış Modeli" iclasında Türkiyə Baş naziri Hörmətli Rəcəb Tayyib Ərdoğanın canlı yayında, Sionist rejim dövlətinin prezidenti Perez ilə yüzlərlə qonağın hüzurunda, işğalçı ordusunun Qəzzaya etdiyi vəhşiliyi qınama, günahsız Fələstin xalqını müdafiə etmə, Qəzzada edilən vəhşiliyin ölçüsünü ortaya qoyma nöqtəsində göstərdiyi cəsur rəftarı təqdirlə qarşılayır." -deyib.

Həmas da öz təşəkkürünü belə önə çəkib:
"Hörmətli Ərdoğanın yığıncağı tərk edərək göstərdiyi şərəfli rəftarı; yerlə bir edilən əl-Fahurə məktəbi, hücumlarda həyatını itirən və yaralanan minlərlə Fələstinli və Fələstin iddiası üçün Sionistlərin etdiyi soyqırıma qarşı bir zəfər olduğunu düşünürük. Eyni şəkildə Fələstin xalqı ilə, Fələstin iddiasının yanında gerçək mənada rəftar göstərən Türkiyənin rəhbərlik və xalqına da təşəkkür edirik"

İRAN ƏRDOĞANA TƏŞƏKKÜR VƏ “İRANIN FƏXRİ VƏTƏNDAŞI ELAN EDİLİR”

ran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Davosda göstərdiyi düzgün mövqeyindən dolayı ona təşəkkür edib.

Verilən məlumata görə Əhmədinejad: "Ərdoğanın göstərdiyi mövqe, Türk xalqının və müsəlmanların demək istədiyi sözlər idi"-deyərək Ərdoğanın İsrail prezidentinə dediyi: "Siz uşaq öldürməyi yaxşı bilirsiniz"-deməsini təqdirə layiq addım adlandırıb.

Türkiyənin baş naziri Tayyib Ərdoğanın Davosda İsrail prezidentini tənqid etməsi ilə bağlı İranın Xobraqan məclisinin sədri Ayətullah Rəfsəncani tərəfindən Ərdoğana təşəkkür gəlib.

Tehranda universitetdə çıxışı zamanı Peresə "Sənin səsin çox yüksək çıxır, bu günahkarlığınızdan irəli gəlir" deməsini diqqətə çəkən Ayətullah Rəfsəncani "Siz insan öldürməyi yaxşı bilirsiniz. Uşaqları necə qətlə yetirmisiniz mənə məlumdur"-deməsini: "Ərdoğan çox yaxşı bir cavab verdi mən ona təşəkkür edirəm"-deyib.

TÜRKİYƏ MÜXALİFƏTİ DƏ DƏSTƏK VERİR

Türkiyənin CHP, MHP və Səadət partiyaları Ərdoğanın tutduğu mövqeyini dəstəkləyir.
Səadət partiyasının sədri Kurtulmuş: "Millətimiz, Qəzza hadisələri mövzusundakı iradəsini əvvəlki gündən etibarən, tarixinə və missiyasına uyğun bir zadəganlıqla ortaya qoymuşdur. Başda, partiyamız tərəfindən təşkil edilən Çağlayan Mitinqi olmaq üzrə ölkəmizin hər yerində saysız mitinqlər edilmişdir. Davosdakı reaksiya da, bu həssaslığın təzahürüdür. Buna görə də bu mövqedən heç bir şəkildə geri addım atılmamalıdır" –deyərək Peresin və moderatorun əxlaqsız münasibət göstərdiyini önə çəkib: “Qəzza qırğınını edən Peresin Davosda Türkiyə cümhuriyyəti Baş naziri Hörmətli Rəcəb Tayyib Ərdoğana qarşı ortaya qoyduğu rəftarı əxlaqdan uzaq və diplomatik qayda qanunlara zidd hesab edərək; bunlara qarşı Hörmətli Baş nazirə də, millətimizin səsini orda çıxardığına görə göstərdiyi reaksiyadan ötəri təşəkkür edirik".

TÜRKİYƏDƏ DƏSTƏK AKSİYALARI

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İsrail prezidenti Peresə "Siz öldürməyi yaxşı bacarırsınız, mən yaxşı bilirəm İsrail ordusu dəniz qırağında necə fələstinli uşaqları qətlə yetirmişdir"-cümlələri başda olmaqla Davos çıxışını təqdirə layiq hesab edərək Türkiyənin bir çox yerində baş nazirə dəstək aksiyaları və mətbuat konfransları təşkil edirlər.
Ərdoğann Davosdan gələrkən on minlərlə insanın qarşılaması və təşəkkür etməsi isə daha aydın bu məsələyə işarə edir.

ƏRƏBLƏR ƏRDOĞANIN ADINI UŞAQLARINA QOYUR

Ərdoğanın bu addımından sonra ərəblər onun şəninə mahnılar yazaraq hətta uşaqlarına Ərdoğan adı belə qoymağa başlayırlar.

AZƏRBAYCANDAN DA DƏSTƏKLƏR

Azərbaycan dövlət səviyyədə dəstək verməsədə, bəzi partiya və təşkilatlar bu addımı müsbətlə qarşılayıb. İsrailin qətliamı və Ərdoğanın çıxışından təsirlənən Milli məclisinin üzvü Lalə Abbasova İsrail-Azərbaycan dosluq qrupundan istefa verir və deyir:” Heç bir ölkənin ixtiyarı yoxdur ki, hətta öz hüquqlarını qoruyarkən hansısa xalqın uşaqlarını gözüyaşlı qoysun, dinc əhalini məhv eləsin”.

Əlbəttə ki, bu baxımdan biz istər azəri türkü kimi istərsədə müsəlman kimi Ərdoğanın bu mövqeyini düz və yerində edilmiş addım hesab edirik.
 
 
  • Yazılıb
  • da (də) 2009 Feb 04