İslam İnqilabının Böyük Rəhbəri elmi hövzələri günün tələbləri, proqramlaşdırma və icraya cavab üçün son dərəcə mühüm qaynaq adlandırıblar
İİR servisi/Aran Agentliyi
İslam İnqilabının Böyük Rəhbəri elmi hövzələri günün tələbləri, proqramlaşdırma və icraya cavab üçün son dərəcə mühüm qaynaq adlandırıblar.
Azeri.irib.ir saytının verdiyi xəbərə görə , Ayətullah-əl-üzma Xamenei dünən Qum Dini Elmlər Hövzəsinin Ali Şurasının üzvləri və müdirləri ilə görüşdə elmi hövzələri zəngin bir qaynaq adlandıraraq vurğulayıblar: Elm hövzədə günün tələbləri, proqramlaşdırma və icraya cavab elə olmalıdır ki, bu cərəyanın səmərələri son dərəcə böyük, dərin və əvvəlkindən daha artıq xalqın xidmətində olsun.
İslam İnqilabının Böyük Rəhbəri elmi hövzələrdəki nəzərə çarpacaq müdiriyyət və proqramlaşdırma irəliləyişlərinə toxunaraq proqramların icrasında müvəffəqiyyət miqdarının dəyərləndirilməsi vacibliyini vurğulayıblar və artırıblar: İxtisas qruplarının yaradılması öz məqsədlərinə çatmaqda hövzəyə kömək edəcək.
Bu görüşün əvvəlində hövzənin Ali Şurasının katibi Ayətullah Yəzdi görülmüş işlər barədə hesabat təqdim edib və deyib ki, Ali Şura yeni dövrdə hövzədə siyasətin təyin olunmasını öz işinin əsası kimi qərar verib.
Elmi hövzənin müdiri Ayətullah Muqtədayi ixtisas qruplarının yaradılması, təhsil və tədqiqat proqramı haqqında hesabat təqdim edib.