Tarix : 2009 Feb 05
Kod 10415

5+1 qrupu İranla müzakirəni alqışlayır

Qeyd olunan iclasda ABŞ prezidenti Barak Obamanın İranla birbaşa danışıqlar haqdakı qərarı rəğbətlə qarşılanıb
İİR servisi/Aran Agentliyi

5+1 qrupu ölkələrinin nümayəndələri Almaniyada iclas keçiriblər.
 Azeri.irib.ir
saytının verdiyi xəbərə görə
, Qeyd olunan iclasda ABŞ prezidenti Barak Obamanın İranla birbaşa danışıqlar haqdakı qərarı rəğbətlə qarşılanıb.
Dünən keçirilən bu iclasda Çin, Rusiya, İngiltərə, Fransa, ABŞ və Almaniyanın Xarici İşlər Nazirliklərinin siyasi müdirləri iştirak ediblər.
İclas iştirakçıları habelə ümidvarlıq ediblər ki, İranın nüvə işi barədəki ixtilaflar dinc yolla həll olunsun.
Bu qrupun üzvləri İrandan istəyiblər ki, MAQATE qarşısındakı öhdəliklərinə əməl etsin.
Bu istək elə bir halda irəli sürülür ki, İran daim MAQATE ilə qaydalar çərçivəsində ciddi və sadiq şəkildə həmkarlığı vurğulayıb.
Agentliyini hesabatları da göstərir ki, İranın nüvə fəaliyyətlərində heç bir yayınma halı mövcud deyil.

  • Yazılıb
  • da (də) 2009 Feb 05