Fələstin muxtariyyətinin preizdenti və Fəth təşkilatının sədri Mahmud Abbasın Türkiyəyə səfəri ilə bağlı "Fələstin dostları" adlı bir neçə təşkilatdan ibarət olan blokun üzvləri etirazlar hazırlayır
Türkiyə servisi/Aran Agentliyi
Mahmud Abbasın Türkiyəyə gəlişinə Türkiyəlilər etiraz edəcəklər.
İslam-Azeri-nin Türkiyə müxbirinə verilən xəbərə görə Fələstin muxtariyyətinin preizdenti və Fəth təşkilatının sədri Mahmud Abbasın Türkiyəyə səfəri ilə bağlı "Fələstin dostları" adlı bir neçə təşkilatdan ibarət olan blokun üzvləri etirazlar hazırlayır.
7 fevralda nəzərdə tutulan səfəri etirazlarla qarşılayacaq minlərlə türk Mahmud Abbasın Həmasa qarşı səhv siyasəti və İsrail ilə bir başa etdiyi əlaqələrə görə ittiham edərək etiraz aksiyası keçirəcək.