İranlı şəxslər tərəfindən milli "Ümid" süni peykinin uğurla kosmosa göndərilməsi dünyanın kütləvi informasiya vasitələrində geniş əks-səda doğurub
İİR servisi/Aran Agentliyi
İranlı şəxslər tərəfindən milli "Ümid" süni peykinin uğurla kosmosa göndərilməsi dünyanın kütləvi informasiya vasitələrində geniş əks-səda doğurub.
İİR-nin teleradio təşkilatlarının "Xəbər" beynəlxalq telekanalının verdiyi məlumata əsasən Qərb medialarında bu reportajların yayılmasındakı əsas nöqtə onların İİR-a qarşı Qərbin məhdudiyyətlər tətbiq etmələrinə rəğmən İranın müxtəlif ərsələrdəki inkişaflarına etiraf etməsi idi. Assosiated-Press Xəbər Agentliyi qeyd edilən uğuru İranın kosmik proqramlarında başqa bir inkişaf kimi şərh edib.
Azeri.irib.ir saytının verdiyi xəbərə görə , Röyterz Tehrandan bir məlumat verərək bildirib: Qərb tərəfindən tətbiq edilən məhdudiyyətlərə rəğmən İran özünün ilk yerli süni peykini yer orbitində yerləşdirməyə müvəffəq oldu.
BBC Xəbər telekanalı da iranlı alimlərin müxtəlif elmi və tədqiqat sahələrində müvəffəqiyyətinə etiraf edərək bildirib: İranlılar çərşənbə axşamı günü səhərin ilk dəqiqələrində özlərinin ilk yerli kommunikasiya süni peykini tam uğurla kosmosa göndərdilər və yer orbitində yerləşdirdilər.
Frans-Pressin Xəbər Agentliyi də belə məlumat verib: İran "Səfir-2" adlı süni peyk daşıyan raketi ilə özünün ölkə daxilində istehsal etdiyi ilk süni peykini yer orbitində yerləşdirib.
Frans-Press bildirib: Ümid süni peykinin bütün detalları ölkə daxilində istehsal olunub.
Frasn-Press 24 telekanalı da İranın milli Ümid süni peykinin tam uğurla kosmosa göndərilməsi xəbərini yayaraq bildirib: İran özünün kosmik gücünü dünyaya göstərdi.
Belə bir halda İranın süni peykinin kosmosa göndərilməsi xəbəri Rusiyanın kütləvi informasiya vasitələrində geniş şəkildə əks etdirilib. İTAR-TASS, Rio-Novosti və Rusiyanın 2-ci dövlət telekanalı belə məlumat veriblər: İranın ilk tədqiqatçı süni peyki tədqiqat məlumatları toplamaq üçün İranın İslam İnqilabının zəfər çalmasının 30-cu ildönümü münasibəti ilə kosmosa göndərildi.
İranın milli Ümid süni peykinin tam uğurla kosmosa göndərilməsi region və ərəb medialarının başlıca xəbərlərindən olubdur.
Əl-Cəzirə telekanalı İranın alimlərinin uğurları xəbərini yayaraq bildirib: İİR süni peyk texnologiyasına malik olan dünyanın az saylı ölkələri sırasında daxil oldu.
Ərəbistan Xəbər Agentliyi, Misir televiziyası və Bəhreyn Xəbər Agentliyi də İranın Ümid süni peykinin kosmosa göndərilməsi xəbərini yayaraq vurğulayıblar: Qeyd edilən süni peykin bütün detallarını İranın kosmik sənayesi mütəxəssisləri planlaşdırıb, düzəldiblər.