Tarix : 2009 Feb 05
Kod 10418

NARDARANDA ETİRAZ AKSİYALARININ BAŞLANMASI İSTİSNA DEYİL

Bu sözləri İslam-Azeri-yə Nardaran kənd ağsaqqallarından olan Həzrəti Rəhi¬mə (s.ə) xanım adına Milli-mənəvi Dəyərlərin Qorunmasına Yardım Fondunun sədri Məşhədi Natiq Kərimov bildirib
Azərbaycan servisi/Aran Agentliyi
"Nardaranda etirazların başlanması istisna deyil".

Bu sözləri İslam-Azeri-yə Nardaran kənd ağsaqqallarından olan Həzrəti Rəhi­mə (s.ə) xanım adına Milli-mənəvi Dəyərlərin Qorunmasına Yardım Fondunun sədri Məşhədi Natiq Kərimov bildirib.

"Bu hadisədən sonra biz etirazlara başlamaq qərarına gəldik. Lakin qanunverici orqanların dəvəti ilə qəsəbə ağsaqqaları ilə görüş keçirildi. Onlar bizə söz verdilər ki, "mitinq etməyin biz 3 gün ərzində həbs edilənləri azad edəcəyik"-deyən Natiq Kərimov etirazlara bir dəfəlik keçirilməməsi qərarı verilmədiyini bildirib.

ardaran kənd ağsaqqallarından olan Həzrəti Rəhi­mə (s.ə) xanım adına Milli-mənəvi Dəyərlərin Qorunmasına Yardım Fondunun sədri Məşhədi Natiq Kərimov Nardaranda etirazların keçirilməsini istisna etmədiyini bildirərək: "Biz Konstutusiyamızda bizə verilən hüquqlara əsasən həbs edilənlərin azad edilməyəcəyi təqdirdə etirazlara başlayacağıq. O ki, qaldı etirazların necə keçirilməsinə onu Ağsaqqallarla birlikdə müzakirə etdikdən sonra qərar veriləcək"-deyib.
 
  • Yazılıb
  • da (də) 2009 Feb 05