Bu sözləri İslam-Azeri-yə Nardaran kənd ağsaqqallarından olan Həzrəti Rəhi¬mə (s.ə) xanım adına Milli-mənəvi Dəyərlərin Qorunmasına Yardım Fondunun sədri Məşhədi Natiq Kərimov bildirib
Azərbaycan servisi/Aran Agentliyi
"Nardaranda etirazların başlanması istisna deyil".
Bu sözləri İslam-Azeri-yə Nardaran kənd ağsaqqallarından olan Həzrəti Rəhimə (s.ə) xanım adına Milli-mənəvi Dəyərlərin Qorunmasına Yardım Fondunun sədri Məşhədi Natiq Kərimov bildirib.
"Bu hadisədən sonra biz etirazlara başlamaq qərarına gəldik. Lakin qanunverici orqanların dəvəti ilə qəsəbə ağsaqqaları ilə görüş keçirildi. Onlar bizə söz verdilər ki, "mitinq etməyin biz 3 gün ərzində həbs edilənləri azad edəcəyik"-deyən Natiq Kərimov etirazlara bir dəfəlik keçirilməməsi qərarı verilmədiyini bildirib.
ardaran kənd ağsaqqallarından olan Həzrəti Rəhimə (s.ə) xanım adına Milli-mənəvi Dəyərlərin Qorunmasına Yardım Fondunun sədri Məşhədi Natiq Kərimov Nardaranda etirazların keçirilməsini istisna etmədiyini bildirərək: "Biz Konstutusiyamızda bizə verilən hüquqlara əsasən həbs edilənlərin azad edilməyəcəyi təqdirdə etirazlara başlayacağıq. O ki, qaldı etirazların necə keçirilməsinə onu Ağsaqqallarla birlikdə müzakirə etdikdən sonra qərar veriləcək"-deyib.