Sionist rejim dünya sülhü və təhlükəsizliyi üçün ciddi təhlükədir və bu rejimin cinayətkar başçıları Qəzzə faciəsinə görə, müharibə cinayətkarları kimi mühakimə olmalıdırlar
İİR servisi/Aran Agentliyi
Tehranın cümə namazı xitabətçisi Sionist rejimi dünya sülhü və təhlükəsizliyi üçün böyük təhlükə adlandırıb. Ayət. Seyyid Əhməd Xatəmi İsrailin Qəzzəyə qarşı son hücumlarına işarə edərək deyib: Sionist rejim dünya sülhü və təhlükəsizliyi üçün ciddi təhlükədir və bu rejimin cinayətkar başçıları Qəzzə faciəsinə görə, müharibə cinayətkarları kimi mühakimə olmalıdırlar.
Tehranın cümə namazı xitabətçisi Sionist rejimin təsis edilməsindən indiyə kimi keçən 60 il ərzində ərəblərin daim bu rejim qarşısında məğlubiyyətə uğramalarına təkid edərək, bu rejimin Livana qarşı 33 günlük, Qəzzəyə qarşı isə 22 günlük müharibələrdə məğlubiyyətə uğramasını bu rejim üçün beynəlxalq rüsvayçılıq və utandırıcı məsələ adlandırıb.
Ayət. Xatəmi habelə Fələstin özünüidarə təşkilatını qeyri-qanuni və Sionist rejimin cinayətlərinin şəriki adlandırıb və deyib: Sionistlərin fitnələri davam edir, çünki bu məntəqəyə humanitar yardımların göndərilməsinə və abadlıq işlərinin görülməsinə maneə olurlar.
Tehranın cümə namazı xitabətçisi həmçinin ABŞ prezidenti Barak Obamanin mövqeyinə işarə edərək deyib: Onun Sionist rejimi dəstəkləməsi göstərdi ki, Obama Buşun səhvlərinin təkrarlayır.
Ayət. Xatəmi ABŞ-ın yeni hökumətinə tövsiyə edib ki, özlərinin imperialist mahiyyətlərini dəyişsinlər ,çünki dünya ictimaiyyəti yalnız bu halda onların rəftarlarındakı dəyişikliklərə inanacaqlar.