Azərbaycan servisi/Aran Agentliyi
GÜLÜSTAN MÜQAVİLƏSİ 1
Xülasə:
Bildiyiniz kimi Rus-İran I savaşında 1192(şəmsi il)-ci ildə Gülüstan müqaviləsi imzalandı.və müharibə sona çatdı.On il Rus-İran müharibəsindən sonra(əksər hallarda İran qalibidi)Aslanduz bölgəsində Abbas Mirzənin birinci məğlubiyyətindən sonra yalnız qalan İran, İngiltərənin təzyiqi altında “Gülüstan”müqaviləsini qəbul etdi.indi bu müqavilənin 195-ci ildönümüdür.bu müqavilənin mətnini sizlərə təqdim edirik.
Birinci fəsil
Bundan sonra bu müqaviləyə əsasən İran və Rusiya arasında olan düşmənçilik ortadan qaldırılacaq və heç bir müharibə olmayacaq və bu iki ölkə arasında dostluq əlaqələri yaranacaq.
İkinci fəsil
Bu müqavilə iki dövlətin razılığı əsasında hazırlanıb.hər bir dövlətin bütün əraziləri və xanlıqların əraziləri onların səlahiyyətində qalacaq. Və bu müqaviləyə əsasən iki dövlətin-rus və İran-sərhədləri təyin edilib.
Adinə bazarından Muğan düzəngahına qədər və oradan Araz körpüsünə kimi və Kəpənk çayından Morqi dağın arxasına qədər və oradan Qarabağ, Naxcıvan və İrəvan vilayətləri və Gəncə, Qazax sərhədləri məlum edilib.və həmçinin Eşik meydandan Həmzə çay çaylarına qədər və Pənbək dağlarından Şor Göl mahallına kimi və oradan Aldagöz dağlarını keçib Arpa çaya qədər sərhədlər məlum edilib.və Talış xanlıqları müharibə zamanı əldən-ələ keçdiyinə görə, talışların sərhədi Ənzəlidən Ərdəbilə kimi təyin edilib.
Üçünçü fəsil
İran şahı bu müqaviləyə əsasən Qarabağ vilayətini, Gəncən, Şəki, Şirvan, Qəbə, Dərbənd və Badkubə və Talış vilayətlərini və ondan əlavə Rusiyanın ixtiyarında olan əraziləri və bütün Dağıstan, Gürcüstan, Şor Göl mahallını, Açıqbaş, Kəruziyə, Abxaziya və bütün əraziləri və Qafqazın ortasındakı əraziləri və Qafqaz ərazisindən Xəzər dənizinə kimi olan əraziləri Rusiya dövlətinin səlahiyyətində bilir.
Dördüncü fəsil
Rusiya imperiyası öz sədaqətini İran şahına göstərmək üçün İrandakı şahın hakemiyyətindən himayə edəcək.və vəd edir ki, hər zaman İran şahı və hakimiyyətə çatan vəliəhdlər, Rusiyadan yardım istəsələr, Rusiya onlara yardım edəcək və heç bir xarici ölkəyə icazə verməyəcək ki, İranın daxili işlərinə müdaxilə etsin.və Rusiyanın yardımı ilə İran şahı hakimiyyətinə davam edəcək.və İranın daxilində şahlar arasında münaqişə baş versə, İran şahı Rusiyadan yardım tələb etməyənə qədər Rusiya bu münaqişəyə müdaxilə etməyəcək.
Beşinci fəsil
keçmişdə olduğu kimi Rusiya dövlətinə aid olan gəmilər, sərbəst şəkildə Xəzər dənizindən istifadə edə biləcəklər.və hətta lazım olan zamanlar İranın sahilinə və limanına yaxınlaşa bilərlər.və qasırğa zamanı xəsarət almış gəmilərə, İran dövləti yardım etməlidir.Və İran dövlətinə aid olan gəmilər də Rusiyanın sahillərinə yaxınlaşa bilərlər və bu gəmilər xəsarət aldığı zaman Rusiya dövləti onlara yardım edəcək.Rusiyanın hərbi gəmiləri keçmişdə olduğu kimi Xəzər dənizində dolaşmağa icazələri var və Rusiyadan başqa heç bir ölkənin hərbi gəmiləri Xəzərə daxil ola bilməz.
Altıncı fəsil
Müharibə zamanı əsir olanlar, xristian və qeyri-xristian, bu müqavildən sonra 3 ay müddətində azad olunmalı və hər bir dövlət əsirin xərcini ödəməklə onu Qarakilsəyə çatdırmalı və təyin olumuş vəkillər, əsirləri almalıdır.ölkəsindən qaçmış şəxslər isə öz istəklərinə uyğun olaraq öz vətənlərinə qayıda bilərlər, əgər qayıtmaq istəməsələr, kimsənin işi olmayacaq və dövlətlər onları əfv edəcək.
Yeddinci fəsil
Hər iki dövlətin nümayəndələri lazım olan zamanlar iki dövlətin məmurları olacaq və bacarıqlarına əsasən bütün işləri görəcəklər.keçmişdə olduğu kimi dövlət tərəfindən seçilmiş vəkillər on nəfərdən çox olmayacaq.
Səkkizinci fəsil
Ticarətlə məşğul olan şəxslər, hər iki dövlətin sərhədçilərindən və ya dövlətindən icazə kağızları olmalı və beləliklə sərbəst şəkildə hər iki ölkədə ticarət edə bilərlər.və istədikləri qədər ölkədə qala bilərlər və onlara heç bir məhdudiyyət yoxdur.iki ölkənin mallarını özləri ilə daşıya bilərlər.əgər mallarda bir iddia olsa, iki ölkənin təyin etdiyi vəkillər və ya hakim məsələni həll etməlidir.
Rusiyanın tacirləri İranın vasitəsi ilə İranla dost və qonşu olan ölkəyə səfər etmək istəsələr, öz mallarını bu ölkəyə daşıya bilərlər və İran dövləti onlara yardım etməlidir. Və bu vəziyyət İran tacirlərinə də aiddir.
əgər Rusiya taciri İranda olan zaman ölsə, onun malı Rusiyadakı vərəsələrə verilməlidir.həmçinin əgər ölən şəxsin İranda mülkü olsa, İran dövləti vərəsələrə icazə verməlidir ki, mülkü satsınlar.
Bu qanun Rusiya və başqa ölkələrə də aiddir.
Doqquzuncu fəsil
Rusiyadan İrana aparılan mallara bir tümənin əvəzinə 500 dinar pul alınmalı və İranın başqa şəhərlərində gömrük pulu alınmalıdır. Bu qanun İrandan aparılan mallara da aiddir.
Onuncu fəsil
Tacirlər gömrükdən icarzə almadan hər iki ölkəyə daşınılan malları satsalar, başqa mal alsalar və ya başqa malla dəyişsələr, gömrük məmuru tacirlərin işinə xələl gətirmədən satıcıdan və ya alıcıdan gömrük pulunu almalıdır.
Onbirinci fəsil
Bu müqavilədən sonra təyin olunmuş vəkillər xalqa bu xəbərləri yaymalı və bu müqavilə iki nüsxədə farsca tərcüməsi ilə hazırlanmalı və hər iki dövlət imzalamalıdır.(1813-cü ilin oktyabr ayının 24)
Mənbə
چکیده تاریخ تجزیه ایران. دکتر هوشنگ طالع . انتشارات سمرقند .ج اول . تهران 1380