Azərbaycan servisi/Aran Agentliyi
Məhəmməd Bəhməni Qacar
Qafqaz üzrə tədqiqatçı
Xülasə
Qafqaz bölgəsi(xüsusi ilə Azərbaycan respublikası ya həmin Aran)İran mədəniyyətinin inkişafında böyük rola sahibdir.bu səbəbə görə, Qafqazda İrana aid qədim simvollar mövcuddur və bu göstərir ki, İran mədəniyyəti Qafqaz və Azərbaycanla sıx əlaqədar olub.
Bu tədqiqatda çalışacayıq ki, Qafqazda olan qədim İranın simvollarını araşdıraq.
Qafqaz bölgəsi müxtəlif ölkələrdən təşkil tapıb.bu ölkələr hal-hazırda Rusiyanın bir hissəsində Dağıstan, Çeçenistan və həmçinin Azərbaycan, Ermənistan və Gürcüstan ərazisindədir.Arazın şimal sahillərindən Azərbaycan, Naxçıvan və İrəvandan Qara dənizin şərq sahillərinə qədər uzanıb.”Qafqaz bölgəsinin uzunluğu 2001 km, eni isə 601 km-dir”1
heç bir zaman Qafqaz xalqı özlərini İran mədəniyyətindən ayrı bilmirlər.Qafqazda İran mədəniyyətini məhv etmək üçün müxtəlif səylər göstərilib, ancaq bu yolda uğurlu olmayıblar və burada İran mədəniyyətinə aid müxtəlif simvollar yaşamaqdadır.
Bu yaxınlıqda keçirilən “İran Və Turan Beynəlxalq Konfransı”nda Teymur İtbrov, Dağıstanın dövlət universitetindən, dedi:-“Dağıstanla İranın tarixi əlaqəsi çox əski zamanlara qayıdır.bu əlaqələr səfəvilər dövründə daha genişlənmişdir və Dağıstan əhalisi şah Abbası yaxşı hökmdar kimi tanıyırlar.”2
Həmin universitetdən Fatimə Əlibəyova, bu əlaqələrə toxunaraq dedi:-“İran və Dağıstanın tarixi və mədəni əlaqələri çox əski zamanlara aiddir.və bu haqda Sasanilər dövrünə aid abidələr tapılıb.”3
Bu tarixi əlaqələrin mənşəyi mif dövrünə qayıdır.Məsudi “Murəvvic-ül Zəhəb”adlı kitabında Viştasəbin oğlu İsfəndiyarın dövründə Abxazıyanın şərqində, Alan bölgəsində inşa olunmuş qalalar və sonrakı dövürlər Sasanilər haqqında yazıb. Minorski “Şivan və Dərbənd Tarixi”adlı kitabında Məsudinin yazılarına işarə edərək yazıb:-“Alan və Qabax dağının ortasında, Terek çayının üzərində körpü və qala var.bu qalaya Alan qalası deyilir.qədim zamanlar İranın şahı İsfəndiyar, bu qalanı inşa edib.bu qala sıldırımın üzərində tikilib.”
Minorski başqa yerdə yazıb:-“başqa qalaların içərisində bu qalanın əyilməz olduğu və möhkəmliyi məşhurdur.”
İranlılar İsfəndiyarın işlərini “Peykar”kitabında yazıblar və həmin kitabı İbn-i Muqəfə ərəbcəyə çevirib.4
Sonrakı dövürlərdən başlayaraq Sasani dövrünə qədər Qafqaz bölgəsi iranlıların əhəmiyyətində olub.Sasanilər dövründə Romanın hücümü zamanı İranın qafqazdakı sərhədləri və həmçinin Azərbaycan əyaləti təhlükəyə düşdü.və bu səbəbə görə, bu ərazilərdə körpü və qalaların inşasına cidd şəkildə fikir verildi.və bu dövrə aid çox gözəl memarlıq əsərləri mövcuddur.hətta Dərbənd şəhərindəki daş divarlar Ənüşirəvan Sasaninin(531-795)əmri ilə inşa edilmişdir.
Bu divarlar onun əmri ilə və kərpic divarlar atası, Qubadın əmri ilə(315-488)inşa edilmiş, və Pəhləvi dilində yazılar bunu sübut edir.hətt 4-cü(h.q)əsrin əvvələrində, Ənuşirvan dövründə inşa edilmiş divarın materiyalları onun dövrünə aiddir.”5
Tədqiqatçıların fikrincə, Qəbə adı Qubad Sasninin adından alınıb.6bundan öncə ikinci Yəzgird dövründə (438-514)Dərbəndin birinci divari inşa edilmişdir.7
Bütövlükdə Sasani dövründə Dərbənd İranın ən məşhur şəhəridir.Sasanilərin sonuna qədər hökmdarlar iranlı olmuşdur.belə ki, Ərəblərin İrana hücümü zamanı 436-cı ildə Yəzdgird tərəfindən Dərbənd ya Babın hakimi Boraz adlanmışdır.
“Şimalı İran”nın tədqiqatçılarından biri olan, Qudrət İsmayılzadə “Azərbaycanın maddi mədəniyyətində Sasanilərin incəsənəti”adlı məqaləsində ölkəsində İran mədəniyyətinə aid əsərlərin tapılmasını qeyd edib.İsmayılzadə məqaləsində yazıb:-“İran tarixi, çox qədimdir.və İran əski zamanlardan bəri qonşu ərazilərlə, xüsussi ilə Orta Asiya və Qafqazla sıx əlaqədar olub.bu ölkə öz mədəniyyətini qorumaqla qonşu ölkələrin və uzaqdakı ölkələrin mədəniyyətinə müsbət təsir edib.
bu əlaqələrə Sasanilər dövrü bir sübutdur və 1972-ci ildə Füzuli rayonunda tapılmış qəbir daşlarda bu əlaqələri görmək mümkündür.
Çıxarışlar
5.həmin mənbə.səh 601, 281, 21,20
6.həmin mənbə, səh 991
7.həmin mənbə, səh 402