Tarix : 2009 Feb 07
Kod 10440

Bəhram Əmirəhmədiyanla Müsahibə

.
İİR servisi/Aran Agentliyi
Dr. Bəhram Əmirəhmədiyan:-“son zamanlar Azərbaycan respublikası, mədəni müəssisəyə “Aran”-a həssas olub.”
Bir müddət öncə “Aran”jurnalının redaksiya müşaviri ilə bərabər müsahibə almaq üçün hörmətli Dr.Bəhram Əmirəhmədiyanın yanına getdik.Əmirəhmədiyan 1329(1950)-cı ildə Bostanabadın Hacağa kəndində anadan olub, neçə ildir ki, Tehranda yaşayır və ali təhsilli olmasına baxmayaraq kəndini yaxşı xatırlayır və Bostanabadla əlaqədar bir kitab yazmaq istəyir.ustad Əmirəhmədiyan indiyə kimi Qafqazın müxtəlif məsələləri haqqında 9-dan artıq kitab və 140-a yaxın məqalə yazıb.
mədəni bir müəssisə olan “Aran” iftixar edir ki, ilk günlərdən bəri Dr. Bəhram Əmirəhmədiyanla əlaqədə olub və oxucular jurnalın əksər nömrələrində onun müxtəlif məqalələrindən faydalanıblar.burada müsahibə üçün və neçə il çəkdiyi əziyyətlərə görə Dr. Bəhram Əmirəhmədiyana təşəkkür edirik.
·         Cənab Dr.Əmirəhmədiyan müsahibədən öncə, lütfən, əgər oxuculara sözünüz varsa, buyurun:
Allahın adı ilə.sizi və dostlarınızı salamlayıram.
ifixar edirəm ki, “Aran”la əməkdaşlıq edirəm.neçə ildir ki, Azərbaycanda belə bir müəssisənin fəaliyyətini gözləyirdik.bu müəssisənin bərpasına mən və çoxları sevindik.indiki şəraitdə İranın hər bir yerində çoxlu problemlər ortaya çıxararaq düşmənlər İranın ərazisinə göz tikiblər.iftixar edərəm ki, İran xalqının inkişafı üçün bir atdım ata biləm. Və bu arada “Aran”müəssisəsi ölkəmizin birliyi üçün çalışır və burada fəaliyyət etmək mənim üçün iftixardır.
·         Lütfən, özünüzü tam şəkildə təqdim edəsiniz?
Mən 1329(1950)-cı ilin noyabr ayında anadan olmuşam.”Aran” müəssisəsinin məqalərini oxumağa əlaqəm çoxdur. mərhum atamın Qafqazdakı iqtisadi fəaliyyətinə görə, bu məntəqədən bizə çoxlu xatirələr danışardı və bunlar səbəb oldu ki, Orta məktəbin sonlarında Qafqazı tanımaq üçün məndə maraq çoxalsın.
Mən azəri bir ailədə və Bostanabadın Hacağa kəndində anadan olmuşam.1331(1952)-ci ildə iki yaşımda Tehrana köçdük və o zamandan bəri Tehranda yaşayıram.1350(1971)-ci ildən 1351(1972)-ci ilin əvvəllərinə kimi Bostanabadın Xəyyirabad kəndinə(doğulduğum kəndin qonşuluğunda) əsgərliyə getdim.1353(1974)-cü ildən 1358(1979)-ci ilə kimi Təbriz universitetində bakalavrı bitirdim və eyni zamanda Şərqi Azərbaycanın statistika idarəsində çalışırdım.təhsilimi davam etdirmək üçün 1359(1980)-cu ildən 1363(1984)-cü ilə kimi Həmədana getdim, ancaq təəssüflərlə,mədəni inqilaba görə universitetlər bağlandı və mən Həmədanda qaldım.Həmədanın maliyyə müəssisəsində müavin vəzifəsində və sonralar ekspert kimi çalışdım.bununla belə ana yurdumu və Azərbaycanımı unutmadım.hal-hazırda doğulduğum yer haqqında yazdığım kitab nəşr olmaq üzrədir.
Mən bakalavrı Təbriz universitetində və Coğrafiya fakültəsində oxudum.o illərdən çox gözəl xatirlərim var.və boş vaxtlarımı Azərbaycanda keçirməyi xoşlayıram.Azərbaycan qəhrəman kişlərin və qadınların yurdudur.
Magistr dövründə 1363(1984)-cü ildə mədəni inqilabdan sonra Tehran universitetinin coğrafiya fakültəsinə ilk qəbul olan şəxslərin içərisəndə idim.və 1367(1988)-ci ildə məzun oldum.1369(1989)-cu ildə siyasi coğrafiya üzrə doktoranturaya qəbul oldum.təhsilim bir sıra problemlərə görə 6-7 il uzandı.elmi işim Qafqaz haqında idi.mövzum “Qafqazın geologiya böhranını araşdırmaq”idi. məntəqə ilə tanış olduğum üçün bu mövzunu seçdim.məlumatımı çoxaltmaq istəyirdim.bəlkə də məntəqəyə səfər etmək üçün bir bəhanə ola.elmi işimə görə 1373(1994)-cü ildən bəri Qafqaza daima səfər etdim.və bu müddətdə Xarici İşlər Nazirliyinin siyasi tədqiqat şöbəsində və məntəqədəki universitetlərlə əməkdaşlıq etdim. neçə illərdir ki, Xarici İşlər Nazirliyində yerləşən dostluq təşkilatlarla, İran-Rusiya və İran-Gürcüstan dostluq təşkilatlar ilə əməkdaşlıq edirəm.200 elmi məqaləmdən 140 məqaləm Qafqaz və Orta Asiyaya aiddir.və nəşr olunmuş 15 kitabımdan 9 kitabım Rusiya, Qafqaz və Orta Asiya haqqındadır.
·         Lütfən, “Aran”müəssisəsi haqqında fikirlərinizi bəyan edəsiniz?
“Aran”məssisəsi İran azərilərinin ədəbi, mədəni və siyasi mərkəzində və tarixi məntəqədə Azərbaycanda yerləşib.bu müəssisə tarixi adı dirçəltməkdədir.bu müəssisəyə Aran adını verməklə səbəb olacaq ki, bir çox oxuçu Aranın nə olduğunu soruşsunlar?və Aran adının məşəyini öyrənmək üçün tədqiqat aparacaqlar.o zaman məntəqənin tarixi ilə tanış olacaqlar.məncə, bir zamanlar İrana aid olan ərazilərin(Şirvan, Gəncə, Badkubə, Qafqaz və sa.) adlarını, Təbrizdə və Azərbaycanın müxtəlif ərazilərində qorumalıyıq. Təbrizdəki küçənin adını”Şirvan” ya “Badkubə” qoymaqla Azərbaycan respublikasında bir sıra boşdanışanlara cavab verərik.dəfələrlə məqalələrimdə və kitablarımda vurğulamışam ki, Azərbaycanın indiki adı təhrif edilmiş addır.tarix baxımından o ərazilərdə (Arazın şimal hissəsi)”Azərbaycan” adlı bir ölkə heç bir zaman olmayıb və bu ad bir sıra siyasi məqsədlərə görə qoyulub.əlbəttə bu ad ölkəmizi bir sıra probləmlərlə üzləşdirib.
Siz yaxşı bilirsiniz ki, Yuqoslaviya dağıldığı zaman Makedoniya adlanan bir hissə BMT-tərəfindən tanılmasını istədi.o zaman Yunanistan bu adı qəbul etmədi, çünki qədim Makedoniya Yunanistanın ərazisində idi.və Yunanistanın Makedoniyası yoxdur və gərək adını dəyişə.və Yunanistan indi də bu ölkəni rəsmiyyətə tanımayır və iddia edir ki, heç bir zaman Makedoniyanı əvəz edən bir ölkə təşkil olunmamalıdır.
1918-ci ildə Aran Azərbaycan respublikası adlandırıldığı zaman İranda Qacar hakimiyyətinin sonları idi və bu hakimiyyət olduqca zəifləmişdir.və ölkəmiz bu hərəkətin qarşısını almağa imkanı yox idi.hərçənd ki, milli mətbuat və vətənpərvər xalq etiraz etdi, ancaq etirazlarını dövlət başçılarına çatdıra bilmədilər. 1917-ci ildə çar hakimiyyəti dağıldıqdan sonra biz etiraz edə bilərdik və əldən vermiş ərazilərimizi geri ala bilərdik, çünki çar dövləti yox idi.hərçənd ki, sovet hakimiyyəti dövründə 1921-ci ildə İran-Rusiya arasında imzalanan müqaviləyə əsasən sovet hakimiyyətindən öncə imzalanmış bütün müqavilələr etibarsızdır, ancaq o zaman biz bir iş görə bilmədik.buna görə də “Aran”adlı bir müəssisənin fəaliyyət göstərməsi vacibdir.
·         Bugünkü Azərbaycan respublikasında “Aran”ın keçmiş tarixinə dair bir sıra iddiaları var, lütfən, bu mövzu haqqında danışasınız?
Bu ölkə Orta Asiyadan da bizə önəmlidir. çünki, bu ölkə bizdən ayrılmaz bir parçadır.Azərbaycan adlanan ölkə 1813-1828-ci illərdən öncə İrana tabe idi və indi də biz Qafqazlı İranlıları özümüzdən bilirik.1813-cü ildə “Gülüstan”müqaviləsi və 1828-ci ildə “Türkmənçay”müqaviləsi imzalandı.o zaman Rusiya imperiyası güclü idi və 1812-ci ildə Napelonu məğlub etmişdir.avropadakı ölkələrlə və ətrafdakı hakimiyyətlərlə mübarizə etmişdir və Osmanlı imperiyasını da məğlub etmişdir.İran-Rus müharibəsində İran məğlub olduqdan sonra necə olur ki, Rusiya müqavilə imzalanmaq fikrinə düşmüşdür?
Rusiya çox güclü idi.inkişaf etmiş orduya sahib idi, ancaq İran onun qarşısında zəif idi və hətta bizim klasik ordumuz yox idi.əgər Azərbaycanın idialarına əsasən, orada(Qafqazda)feodal dövlətlər və xanlıqlar var idisə, niyə Rusiya o dövlətlərlə müqaviləni imzalamadı və İran dövləti ilə bu müqaviləni imzaladı.
Bunlar göstərir ki, o dövürdə ölkələrin hüququndan müdafiə edən bir komitə yox idi, ancaq Rusiya  vacib bilmişdir ki, İran dövləti ilə müqaviləni imzalasın.çünki bu ərazilər İrana tabe idi.və Rusiya bu ərazilərə sahib olmaq üçün rəsmi şəkildə müqavilə imzalamalı idi ki, gələcəkdə  bu ərazilərin geri alınmasına heç bir iddia olunmasın.əgər Azərbaycan dövlətinin iddiaları doğrudursa, bu ərazilərə bir şəxsin hakim seçilməsinə dair qeyri-iranli bir hakimin imzalanmış hökmünü ortaya çıxartsınlar.əminəm ki, milli və Rusiya arxivlərində buna aid bir sənəd tapa bilməyəcəklər.çünki yoxdur və olmayacaqdır.indiyə kimi Azərbaycan respublikasında “Gülüstan”və “Türkmən çay”müqavilələrinin Azəricəsi tapılmayıb.
Həqiqət ortaya çıxdığı zaman Azərbaycan respublikası ”Azərbaycan xanlıqlar”iddialarına davam edə bilməyəcəklər.Kartlı-Xantı(Gürcüstan), İrəvan, Badkubə, Dağıstan, Dərbənd, Şirvan, Qarabağ, Gəncə və sa.ərazilərin bütün hakimləri İrana tabe idi.və mərkəzi hakimiyyətdən əmr almışdılar.əgər bu hakimlərə İran dövləti tam şəkildə nəzarətedə bilməmişdisə, bu onların müstəqil olduğuna bir sübut deyil.
·         Sizcə, “Aran”müəssisəsi bu iddiaların qarşısında nə edə bilər?
“Aran”müəssisəsi bu mövzulara görə iclas keçirməlidir.təəssüflə, 2007-ci ildə Elmlər Akademiyası “Azərbaycan Respublikasının Tarixi atlası”-nı Azəri dilində Badkubədə nəşr etdirdi.İran ərazisini(Səfəvilər dövründə 16-cı əsr)”Azərbaycan Səfəvilər Dövründə”tanıdıb.yəni, Mokran, Xuzistan, Xurasan, Kürdistan, Lorestan, İsfafan, Qafqaz, Hərat və bütün İran ərazisini Azərbaycana tabe olduğunu qeyd edib.halbuki, həmin atlas sovet dövründə 1964-cü ildə Rus dilində nəşr olunmuşdur.bu mövzular orada yox idi.1994-cü ildə Azərbaycanın müstəqilliyindən 3 il sonra belə bir işi görməyə cəsarətləri yox idi.və nəşr olunmuş Azərbaycanın ensiklopediyasında belə fikirlər irəli sürülməmişdir, ancaq 2007-ci ildə sükutumuzdan istifadə edərək cəsurlaşdılar.bugün bizim alimlərimizi Azərbaycan öz alimi kimi təqdim edir.onlar bilmirlər ki, o ərazilərdə 19-cu əsrə kimi Fars dili hakim idi və Abasqulu Bakıxanov “ Gülüstan İrəm”adlı kitabını Fars dilində yazıb və oranın bir çox alimi əsərlərini farsca yazıblar.Qafqazın əhəmiyyəti çoxdur və “Aran”müəssisəsi bir neçə nəşrini xarici dildə nəşr etdirməlidir.təkilif edirəm ki, “Gülüstan”və “Türkmənçay”müqavilələrini Azəri dilinə (Fars və Latin əlifbasında)nəşr edəsiniz.və onun kənarında əsli dildə farsca və rusca olan variyantlarını da nəşr edəsiniz.bu dəyərli işdir və əgər Azərbaycan respublikasında yayılsa, onların iddialarına yaxşı bir cavab olacaq.
Bugün əksər xarici ensiklopediyalar Azərbaycan qaynaqlarına istinad edərək, “Azərbaycan”hissəsində yazıblar:-“ yalnız Arazın şimalında olan kiçik bir hissəsə müstəqil olub və Azərbaycanın qalan hissəsi İranın işğalındadır.”bu çox ağır sözdür.mən İran Azərisi, bu sözlərin qarşısında özümü məsul hiss edirəm.
“Aran”müəssisəsi NGO olmasına baxmayaraq Azərbaycanın həqiqətlərini üzrə çıxartmalıdır.son zamanlar Azərbaycan Respublikası “Aran”müəssisəsinə həssas olub.və müəssisənin adının məşəyinə etirazları var.halbuki, Azərbaycanda “Ata Yurdu”adlı kitabda böyük Azərbaycanın xəritəsini(Qafqaz dağlarından Qəzvin və Kərəc ətrafına qədər)nəşr edib.və şimalı, cənubi Azərbaycan deyərək onların məsələlərini müzakirə edirlər.biz həqiqətləri bəyan etməliyik və onlar iddialarından vaz keçməlidirlər.
Siz, Əziz Dövlətabadının”Farsca yazan Qafqaz şairləi”kitabını görmüsünüz.156 şairdən yalnız 96 şair Aran və Şirvana aiddir.mən kitabımda yazdım ki, əgər onlar həqiqətə qarşı olaraq bizə cənubi Azərbaycan deyillərsə, biz də Arazın şimalında olan yer adlarını tarixdə olduğu kimi qeyd etməliyik.məsələn “Bakı”əvəzinnə “Badukə”deyək.əlbəttə mən bu təklifi BMT-ə tabe olan “Coğrafi Adları Eyni Formada Yazan”adlı komitədə bəyan edəcəyəm.biz gərk Azərbaycan Respublikasını mötirəzədə yazaq.biz gərk öz atlaslarımızı nəşr etdirək ki, dünya da həqiqətləri bilsin.
·         Azərbaycan respublikasının xalqını tanıyırsınız, lütfən, İran Azərbaycanı haqqında olan düşüncələrini bəyan edəsiniz?
Azərbaycan respublikasında elə nəsil yetişdirirlər ki, İran Azərbaycanlıların heç bir hüquqları olmadığını fikirləşirlər.mən onlara demişəm ki, İran Azərbaycanının hüquqsuz olduğunu necə düşünə bilirsiniz? Azərbaycanlılar İranda inqilab ediblər və bütün seçkilərdə iştirak edirlər.əgər siz Rus dilini istifadə etməyə məcbur idinizsə, biz Fars dili ilə 1100 ildən artıq yaşamışıq və biz bu dili milli və dini dil hesab edirik.İran Azərilər yetərincə bu dildən istifadə edirlər, öz dillərində radio və televiziya verlişləri var, kitab nəşr edirlər,qəzetləri var.Ana dildə danışırlarm və bundan artıq ehtiyacları yoxdur.Fars dili İranların içində rəsmi, ədəbi, dini dildir və varlıqlarının bir hissəsidir.
Bugün İranda Azərbaycanın problemlərini görməyən az saylı vətəndaşlarımız var ki, bu iddialara inanırlar və düşmənlərimizlə birləşirlər.İran Azərilərin həqiqətlərini Azərbaycan respublikasına və onların həqiqətlərini  İran Azərilərinə göstərməklə bu iddialara son verə bilərik.
Nasir Həmrənginin ”Badkubədən və başqa şeylərdən” və Mehdi Nəlbəndi”Bakı 2001”səfərnamələrində bu həqiqətləri aydın görmək olar.əlbəttə Azərbaycanın kəndliləri dindar olduqları üçün İranı, xüsusi ilə Təbrizi sevirlər və İrana səfər edirlər.
·         Azərbaycan respublikası ilə Amerika və sionist rejiminin əlaqələrini necə qiymətləndirirsiniz və İran-Azərbaycan respublikasının əlaqələrini necə dəyərləndirirsiniz?
Beynəlxalq əlaqələrdə ölkələr sərbəstdirlər.hər bir ölkə ilə istəsələr, əlaqə qura bilərlər.Azərbaycanın Amerika və İsarillə əlaqəsi İrana ziyan gətirməsə, biz bu əlaqələrdən nigaran olmamalıyıq.bəzilərin fikrincə, Azərbaycan Natoya birləşsə İrana təhlükəli olacağını iddia edirlər.məncə bu doğru deyil.Nato-nun bizə ehtiyacı var, bəlkə də indiyə kimi bizə müraciət edib.İsrail-Azərbaycan əlaqələrini böyütməməliyik.əslində biz Amerika ilə problemimiz var və israil bir şey deyil.birinci Azərbaycan konstitusiyası heç bir xarici hərbi bazanın təşkilinə icazə vermir.ikinci Azərbaycan xalqı heç bir zaman icazə verməz ki, israil Azərbaycandan İrana hücüm etsin.bizim o qədər gücümüz var ki, israil bizə qarşı bir iş görə bilməz.
Biz gərək əlaqələrimiz Azərbaycanla genişləndirək.çünki bizim əlaqələrimiz tarixə bağlıdır.Mahmud Kaşğarı demişkən “Türk papaqsız və Fars Türksüz”yaşaya bilməz.biz Azərbaycan-israil əlaqələrinə görə öz əlaqəmizi Azərbaycanla kəsməməliyik.
Azərbaycan respublikası və İran ət və dırnaq kimi bir-birlərinə bağlıdırlar.və o qruplar ki, Azərbaycanla İranın əlaqəsinə razı deyillər, onları tanıtmalıyıq və məqsədləri aydın olmalıdır.
Hal-hazırda Azərbaycanla iqtisadi əməkdaşlıq edə bilərik.məsələn Bakı-Tiflis-Ceyhan layihəsindən bizi kənlarlaşdırdılar.biz bu məsələyə görə küsməməliyik.başqa sahələrdə əməkdaşlıq etməliyik.İranda xüsusi tele-kanallar yoxdur. Azərbaycan respublikasında tele-kalanlar İranın əleyhinə danışırlar, İranın etiraz etdiyi zaman onlar deyillər ki, tele-kalanlar xüsusudur və sərbəst çalışırlar.bizim xüsusi tele-kanalımız olmalıdır.Azərbaycan respublikasına proqramlar hazırlamalıyıq.
Bizim filmlərimiz Azərbaycan dilinə dublyaj edilməyib və bu üzdən fəaliyyətimiz məhduddur.biz Nizamının filimini çəkməliyik.
Deyilənlərə görə ustad Parizi, Nizaminin məzarında deyib ki, əgər bir gün Nizami dirilsə, və öz məzarını görsə, qəbir daşın üzərindəki yazıları oxuya bilməyəcək.çünki bütün yazılar azəricədir.
Biz bunların üzərində işləməliyik.Azərbaycanı özümüzə tabe etməliyik.iqtisadi və mədəni sahələrdə Azərbaycanda rolumuz olmalıdır.Azərbaycan-Naxçıvan qazında böyük rolumuz var və dəyərlidir.biz neft sahəsində də bir işlər görə bilərik.Azərbaycan respublikasının dəmiryolunu İrana birləşdirməliyik və hətt fars körfəsində bir neçə körpünü pulsuz Azərbaycanın ixtiyarında qoymalıyıq.gediş-gəlişi iki ölkə arasında çoxaltmalıyıq.əgər xalq Azərbaycanın problemlərini öz gözləri ilə görsələr, “Vahid Azərbaycan”iddiası məhv olar.
·         Lüfən, Qarabağ münaqişəsi haqqında danışasınız?
Qarabağ münaqişəsinin mənşəyi tarixə qayıdır.Səfəvilər dövründə Qarbağ muxtar vilayət və İrana tabe idi.Qarabağın ən yaxşı vəziyyəti bugündür.nə Ermənistanın, nə Azərbaycanın və nə də müstəqildir.nə zamana kimi belə olacaq?əslində buranın vəziyyəti Kosovo kimi olcaq, əlbəttə Qarabağ münaqişəsi böyükdür.siz bir an düşünün Qarabağ müstəqil olub, onda nə vəziyyət yaranar?bir çox məntəqələrdə belə bir vəziyyətin yaranması mümkündür. hal-hazırda Rusiya bu vəziyyətdən faydalanır.Kosovonun müstəqilliyindən sonra Abxaziya və Osetiyanın müstəqilliyi düşündü.məncə, nə sülh, nə də müharibə dövlətlərin mənafeyinə uyğun deyil.əgər Qarabağın strategiya şəraitinə uyğun olaraq ordusu güclənsə, Azərbaycan Qarabağı geri ala bilməyəcək.İran bu mövzuda problemi var.və sərhəd zonalarında daha çox fəaliyyət göstərə bilməz.İran İslam Respublikasının rəsmi mövqeyi siyasi sərhədlərin sabit qalması və hər iki dövlət müzakirə yolu ilə məsələni həll etməkdir.
İraq- İran müharibəsində  bütün ölkənin imkanları cəbhənin ixtiyarındadır, ancaq Azərbaycanda vəziyyət belə deyil və yalnız neftdən gələn gəlir orduya ayrılır.əlbəttə ordu vəziyyəti dəyişməz, Qarabağın azad olmasına qeyrət və bütün xalqın yardımı lazımdır.işğal olunmuş ərazilərdə bir nəfər Azəri yoxdur və hamısı qaçıb, ancaq Xorrəmşəhrdə kimsə qaçmadı.bu qaçmaqlar Azərbaycanın vəziyyətini dəyişdirdi.İran İslam Respublikası, Minskdə Türkiyə və İranın iştirak etməsini təklif etməlidir. Qarabağı geri almaq Azərbaycana qeyri-mümkündür.
Azərbaycan Qarabağ Ermənilərini görmür.Qarabağın 85% əhalisi Ermənidir.və sovetin daxili sərhədləri beynəlxalq sərhədlər deyil.Azərbaycan respublikası sovetdən müstəqil olduğu kimi Qarabağda Azərbaycan kimi müstəqil ola bilər. 
Qarabağ məsələsi çox qarmaqarışıqdır və müharibə də bu məsələni həll edə bilməyəcək.
·         Lütfən, Azərbaycanda keçiriləcək son seçkilər haqqında danışasınız?
dövlət partiyası və tele-kalanlar İlham Əliyevin ixtiyarındadır və buna görə də Azərbaycan respublikasında dəyişikliklərə səbəb olub.Azərbaycan respublikası zahirdə inkişaf edir.bu respublikada 8 milyon əhalinin 20 milyard dollar istehsalı var.əlbəttə bu istehsallar xarici şirkətlərə aiddir və gəlirin hamısı Azərbaycan respulikasının deyil.əlbəttə Azərbaycanda kasıb çoxdur.seçkilərdə gərginlik yaranacaq.əgər Musavat partiyası bu seçkidə iştirak etsə, həyəcan çoxalacaq.Azərbaycan respublikasının siyasətlərinə təsir göstərən ölkələr, İlham Əliyevin prezident olmasını istəyirlər.
·         Lütfən, Azərbaycan respublikasında dinin mövqeyindən söhbət edəsiniz?
Azərbaycan respublikası dünyanın ikinci şiə ölkəsidir.ancaq konstitusiyasında Azərbaycan laik ölkə kimi təqdim edilib.onların adı şiədir.İranda şiəyə olan bağlılıq Azərbaycanda yoxdur.70 il sovet hakimiyyətində dinsizlik təbliğ edilmişdir.bir növ ideoloji boşluq yaranıb.hamı dinə tərəf getməyib.Azərbaycan respublikasında din bir uşağa bənzəyir ki, yavaş-yavaş yol getməyi öyrənir.əlbətt Azərbaycan xalqı dini müqəddəslərə inanırlar.
·         Lütfən, Azərbaycan respublikasında yaranmış varlıq böhranından danışasınız?
Neçə illərdir ki, çalışıblar Azərbaycan xalqı öz varlığını untsun.və özlərini azərbaycanlı tanısınlar.onlar öz varlıqlarını, yəni İran-islami varlığı unudublar.hər bir dövlətin özünə məxsus siyasəti olmalıdır.bizim hakimiyyət İslamıdır.Azərbaycanda neçə illərdir ki, xalqı öz varlığından uzaqlaşdırırlar.Azərbaycanda təbliğ edirlər ki, güya Azərbaycanın miladdan öncə müstəqil hakimiyyəti var idi.xalq inanıb ki, azərbaycanlıdır.onlar təbliğ edirlər ki, İran adlı bir ölkə heç bir zaman olmayıb.çünki Rza şahın dövrününə aid bir sənəd tapıblar.bu sənədə əsasən Rza şah əmr edib ki, “Perşia” əvəzinə “İran” adından istifadə etsinlər.buna görə də, nəticə çıxarırlar ki, İran adlı bir ölkə olmayıb.halbu ki, 11-ci əsrdə Ferdovsi İran adına işarə edibdir:
همه جای ایران سرای من است....    چو ایران نباشد تن من مباد....
Biz kitablarda yazmalıyıq ki, Azərbaycan bir zamanlar İranın ərazisində idi.təhrif olunmuş tarixi düzəltməliyik.Pr.İqrar Əliyev barmaq sayı alimlərdən idi ki, düzgün və elmi səviyədə çalışırdı.və biz gərək onun kitablarını tərcümə edək.İqrar Əliyevin “Aturpatekan”adlı kitabı Azərbaycan respublikasındakı iddiaları rədd edir.
·         Lütfən, Azərbaycan və İrandakı xalqların dövlətləri ilə olan münasibətləri haqqında danışasınız?
Yaxşı sual soruşdunuz.Azərbaycan respublikasında müxtəlif xalqlar var.irandakı xalqlar istədikəri yerlərdə yaşaya bilirlər.İran azərisi Kürdistanda, kürd Azərbaycanda yaşayayır və yabançılıq hiss etmirlər.İrandakı xalqlar bir bağın gülləridirlər.ayrı-seçkilik yoxdur.ancaq Azərbaycandakı xalqlara məhdudiyyət çoxdur.və ikinci dərəcəli vətəndaş hesab edilirlər.və xalqlar Azərbaycan dövlətinə qarşı yabançılıq hiss edirlər.misal üçün: Qarabağ münaqişəsində onlar iştirak etmədilər.halbuki, İran müharibə etdiyi zaman bütün xalqlar iştirak etdi.hətta dini azlıqlar da bu müharibədə iştirak etdilər.və şəhid oldular.Azərbaycandakı xalqlar dövlətlərinə bağlılıqları yoxdur.bütün xalqların, o cümlədən talışların, ləzgilərin, kürdlərin, avarların heç bir azadlığı yoxdur.Azərbaycan dövləti Talış jurnalının nəşrinə dözə bilmədi və jurnalı bağlayaraq baş redaktorun həbs etdirdi.Azərbaycandakı xalqlar bilirlər ki, Azərbaycan dövləti qondarma dövlətdir.buna görə də bu dövlətə heç bir maraqları yoxdur.Azərbaycan dövləti zahirdə demokratiyanın olduğunu göstərmək üçün müxtəlif xalqların dilində radio verilşləri yayımlayır.ancaq əslində xalqların heç bir azadlığı yoxdur.
·         Azərbaycan, əsgərlərini Əfqanistana və İraqa göndərir, cənab Dr. bu haqqda Fikirlərinizi, lütfən, buyurasınız?
Unutmamalıyıq ki, Azərbaycan respublikası Amerikanın müttəfiqidir.özünə vəzifə bilir ki, beynəlxalq münasibətlərə görə Amerika ilə müxtəlif sahələrdə əməkdaşlıq etsin.və əsgərlərin göndərilməsi bu istiqamətdədir.hərçənd ki, o qədər də təsiri yoxdur.bu məsələ yalnız xalqın narazılığına səbəb olur.
·         Cənab Dr. Müsahibənin sonunda sözünüz varsa, buyurun?
Müsahibənin sonunda sizə təşəkkür edirəm.bunu xatırlatmalıyam ki, ixtilafdan çox Azərbaycan respublikası ilə ortaqlığımız var. Gərək ortaq mövqelərimizi gücləndirək.gərək iqtisadi və mədəni sahələri genişləndirək.9-cu dövlətimizin xarici siyasəti ideologiyadan realizmə doğru hərəkət edir.bu müsbət ola bilər.
Aran:Biz də müsahibəyə görə, əməkdaşlığınıza görə, sizə təşəkkür edirik.və Allahdan sizə müvəffəqiyyətlər arzulayırıq.
  • Yazılıb
  • da (də) 2009 Feb 07