İran İsam İnqilabının Böyük Rəhbəri İslam ümmətindəki canlanmanı və dünyada gedən proseslərin istiqamətinin dəyişməsini İslam İnqilabının qələbəsinin səmərəsi adlandırıb
İİR servisi/Aran Agentliyi
İran İsam İnqilabının Böyük Rəhbəri İslam ümmətindəki canlanmanı və dünyada gedən proseslərin istiqamətinin dəyişməsini İslam İnqilabının qələbəsinin səmərəsi adlandırıb.
Azeri.irib.ir istinadlı xəbərinə görə, Həzrət Ayətullah-əl-üzma Xamenei bu gün Tehranda İİR ordusu hava qüvvələrinin personaları və komandirləri ilə görüşdə İslam İnqilabının nailiyyətlərinə toxunaraq buyurmuşlar: İslam İnqilabı İran xalqını möhkəmlətdi, onun iradəsini gücləndirdi və digər xalqlar üçün örnəyə çevirdi.
İslam İnqilabının Böyük Rəhbəri İran düşmənlərinin bu dövlətin regionda təyinedici rola malik olmasını etiraf etdiklərinə də işarə edib və buyurublar: Böyük dövlətlər hələ də İranda bu əzəmətli hadisəyə dözmək istəmirlər. Lakin bu xalqı yenidən əsarətə almaq mümkünsüzdür.
İslam İnqilabının Böyük Rəhbəri ötən 30 ildə müstəmləkəçi dövlətlərin daim İran xalqına sanksiyalar tətbiq etmələrindən danışaraq Ümid peykinin kosmosa buraxılmasını və uranı zənginləşdirilməsi kimi modern elmlərdə yerli mütəxəssislərin uğur qazanmasını bu sanksiyaların nəticəsi saymışlar .
O Həzrətin sözlərinə görə İslam İnqilabı düşüncəsinin bütün dünyada yayılması da İnqilabın səmərələrindəndir. Bu istiqamətdə Qəzzə hadisəsi və Sionist rejim ordusunun məğlubiyyəti ilə nəticələnən 33 günlük Livan müharibəsi İslam İnqilabı təfəkkürünün geniş yayıldığını göstərir.
Həzrət Ayətullah-əl-üzma Xamenei qeyd ediblər ki, İran İslam İnqilabı güc mərkəzləri bərabərində möhkəm dayanaraq öz üsullarını qoruyub və həmişə irəliyə doğru addımlayır.