Tarix : 2009 Feb 07
Kod 10465

MAHMUD ABBAS TÜRKİYƏDƏ ETİRAZLA QARŞILANDI

Etirazçılar : Bizi Ən Yaxşı Anlayan Mahmud Abbasdır" yazılı plokatlarla Türkiyəyə gəlmiş Mahmud Abbas Həmasa dəstək verən şüarlarla mətbuat və yoldan keçənlərin diqqətini cəlb edib.
Türkiyə servisi/Aran Agentliyi
Mahmud Abbası Türkiyə Fələstin dostları etirazla qarşılayıb.

İslam-Azeri-nin Türkiyə müxbirinə İLKAV-dan verilən xəbərə görə dünən FAR-nin prezidenti və FƏTH təşkilatının sədri, Həmasla müxalif olan Mahmud Abbas Türkiyəyə gəlib.

Onu minlərlə "Fələstin dostları platforması" adlı blokun üzvləri etirazla qarşılayıblar.

Etirazçıların əllərində "İşbirlikçi Mahmud Abbas Fələstin Xalqını Təmsil Edə bilməz", "Fələstin Xalqının həqiqi nümayəndəsi müqavimət göstərən HƏMASdır", "HƏMAS Gəldi Abbas Yolçu" "HƏMASa Salam Müqavimətə Davam", "Peres: Bizi Ən Yaxşı Anlayan Mahmud Abbasdır" yazılı plokatlarla Türkiyəyə gəlmiş Mahmud Abbas Həmasa dəstək verən şüarlarla mətbuat və yoldan keçənlərin diqqətini cəlb edib.

Ankara Fələstin dostları adından mətbuata açıqlama verən İlkav təşkilatının sədri Mehmet Pamaq: "Bizlər, Fələstin xalqının, onun qanuni nümayəndələrinin və İslami müqavimətin gerçək dostları olaraq bu açıq haqsızlığa qarşı çıxmaq, işbirlikçiləri və onları Fələstin xalqının nümayəndəsi sayaraq xitab edənləri qınamaq və Fələstin xalqının gerçək nümayəndələri olan HƏMAS liderliyindəki İslami müqavimətin yanında olduğumuzu önə çəkmək üçün burada toplaşmışıq. Millətçi, dünyəvi və Qərb yönlü Mahmud Abbas, eynilə Türkiyədəki Ergenekoncu, millətçi Kəmalist yoldaşları kimi, əvvəlcə xalqına və xalqının İslami kimliyinə yadlaşmış sonra bu dəyərlərə düşmənləşərək, Qərbin dünyavi həyat tərzini seçərək, Fələstin xalqını təmsil etmək ləyaqətini itirmişdir. Digər tərəfdən də işğalçı Sionist terror dövlətilə və başda ABŞ olmaq üzrə imperialist dövlətlərlə əməkdaşlıq edərək, kasıb xalqının qaynaqlarını oğurlayıb sui-istifadə edərək Fələstin xalqı nəzdində etibarını tamamilə itirmiş və buna görə də son seçkilərdə xalqının dəstəyini qazana bilməmişdir." deyib.

Sakaryada da Mahmud Abbasın etiraz edildiyi önə çəkilir.
  • Yazılıb
  • da (də) 2009 Feb 07