Türkiyənin xarici işlər naziri Əli Babacan Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb
Türkiyə servisi/Aran Agentliyi
Türkiyənin xarici işlər naziri Əli Babacan Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb. Görüş Almaniyanın Münhen şəhərində keçirilən 45-ci Beynəlxalq Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.
Keçirilən görüşlərdə əsas məqsədin münasibətlərin normallşadırılması olduğunu bildirən Əli Babacan, Ermənistanla Azərbaycan və Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin tam normallaşmasından sonra bölgədə vəziyyətin çox daha fərqli olacağını deyib. Əli Babacan, bölgədə əldə olunacaq sülhün bütün tərəflərə böyük üstünlüklər qazandıracağını bildirib: «Önəmli olan, bir-birimizə demək istədiklərimizi bağlı qapılar arxasında deməyimiz və ancaq açıqlamaq istədiklərimizi açıqlamaqdır», deyə o qeyd edib.
Serj Sarkisyan isə ötən il Türkiyə prezidenti Abdullah Gülü İrəvana dəvət etdiyini və bunun həqiqətən önəmli hadisə olduğunu, hər iki ölkənin xarici işlər nazirlərinin görüşərək önəmli məsafə qət etdiklərini bildirib. S.Sarkisyan danışıqların inkişaf etdiriləcəyi təqdirdə, bu ilin ikinci yarısında daha fərqli münasibətlərin olacağını bildirib.
Serj Sarkisyan, Cənubi Qafqazın alternativ nəqliyyat yolu kimi önəm qazanması üçün, bölgədə bütün dövlətlərlə iş birliyini inkişaf etdirmək istədiklərini və keçmişdə yaşanmış acı hadisələrdən dərs alınmalı olduğunu deyib.
Xatırladaq ki, Serj Sarkisyandan əvəll türkiyəli nazir ermənistanlı həmkarı Edvard Nalbadyan ilə də görüş keçirib.