Ərdoğan artıq formalaşmış "Türkiyə-İsrail" münasibətləri kontekstindən kənara çıxmaqla sanki "siyasi solo" rolun çıxış etmək istəyir, bütün bunları yalnızca özü istədiyindən edir
Azərbaycan servisi/Aran Agentliyi
"İsrail-Azərbaycan" qruplaşmasının sədri İosif Şaqal Türkiyə baş nazirini sionistlərin cinayətlərinə etiraz etdiyinə xatir sərt ifadələrlə ittiham edib.
Dəyərlər saytının məlumatına əsasən Şaqal Azərbaycan Respublikasının Day.az internet saytı ilə müsahibədə deyib: Ərdoğan artıq formalaşmış "Türkiyə-İsrail" münasibətləri kontekstindən kənara çıxmaqla sanki "siyasi solo" rolun çıxış etmək istəyir, bütün bunları yalnızca özü istədiyindən edir. Əvvəlcə o, İsraili "vəhşilik və xəyanətdə" ittiham edərək Həmas-a dəstək sərgiləyir və bununla da təzyiqləri artırmaqla bilərəkdən Davosda qalmaqal yaradır. Bunun ardınca isə arxaya addım ataraq bildirir ki, bu onların strateji əlaqələrinə təsir etməyəcək və bununla yanaşı Ərdoğan qeyd edir ki, onun tənqidləri yəhudilərə qarşı deyil, Olmert hökumətinə qarşıdır. Bütün bunlar ən azı şübhəli görünür. Hər halda Ərdoğana qədər heç bir Türkiyə naziri belə bir əyriliklə çıxış etməmişdi.
"İsrail-Azərbaycan" qruplaşmasının sədri həmçinin ictimaiyyətin diqqətini Rəcəb Tayyib Ərdoğan tərəfindən səslənən etirazların mahiyyətindən yayındırmağa çalışıb.
O deyib: Ümid edirəm ki, bu yalnızca Türkiyədə qarşıdan gələn bələdiyyə seçkiləri öncəsi adi bir populizm addımı və Ərdoğanın öz partiyasının mövqeyini maskimal dərəcədə möhkəmləndirmək istəyi ilə bağlı idi. Yeri gəlmişkən Ərdoğan buna nail ola bildi. Hər halda Davosdan sonra Türkiyə xalqı onu yeni milli lider olaraq qarşıladı. Düşünmək istəməzdim ki, Türkiyə baş nazirinin bu demarşının arxasında daha başqa şeylər durur. Burada yalnız Türkiyəni mərhələli şəkildə dünyəvi ənənələrdən uzaqlaşdırmaqla milləti radikallaşdırmaq məqsədi sezilir.
Qruplaşmanın sədri ziddiyyətli və nifrət dolu söhbətinin davamında bunları deyib: Ərdoğanın səsləndirdiyi nitq göstərdi ki, Həması artıq İran və Suriyanın ekstremist rejimlərdən başqa 60 ildən çoxdur ki, İsrail ilə sıx strateji əlaqədə olan dünyəvi Türkiyə də dəstəkləyir. Bu bütün regionda bizə qarşı radikal etirazlara yeni impuls vermiş oldu. İsrailin zəifləməsi İslam radikalizminin nəinki Avropada, eyni zamanda Türkiyə Respublikasında da genişlənməsinə səbəb olacaq.
Xatırladaq ki, Sionist rejimin Qəzzədə törətdikləri cinayətlər çox ağır olduğundan hətta qərb ölkələrinin də xalqları sionist mediaların təsiri altına düşdükləri halda qəsbkar rejimi qınamağa başlayıblar. Lakin Sionist İsrail rejiminin hiyləgər siyasətçiləri hələdə bu rejimin cinayətlərinə qarşı etirazları keçici və saxta adlandıraraq xilas yolu axtarırlar.