Ermənistan servisi/Aran Agentliyi
"ABŞ ATƏT həmsədri kimi, Qarabağ münaqişəsinin həllində Azəırbaycan və Ermənistana kömək etməyə hazırdır." Qaynar.info-nun məlumatına görə, bu sözləri ABŞ-ın Ermənistandakı səfiri Mari Yovanoviç deyib.
Səfir bildirib ki, Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsinin tənzimləsi ilə bağlı çərçivə sazişi yayda imzalana bilər.
Səfir məsələ ilə bağlı əlavə məlumat verməyib.
Yovanoviç həmçinin Türkiyənin Ermənistanla dialoqunu və tərəflərə Qarabağ münaqişəsinin həllində yardım etmək istəyini də alqışladığını vurğulayıb.