Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycanda dindarlara qarşı soyuq münasibət davam etməkdədir.
Belə ki, 5 gün əvvəl Masallı Mebel sexinin işçilərdən biri "Namaz" diski payladığına görə işdən qovulub.
İslam-Azeri-yə bu barədə işdən qovulan Araz Quliyev özü məlumat verib.
Onun sözlərinə görə 2008-ci ilin iyul ayında "EMBAVOOD" MMC-nin mebel sexinə qablaşdırıcı vəzifəsinə işə düzəlib. Həmçinin işdə nə müdiriyyət nə də ki, işçi personalı ilə heç bir problemi olmayıb. Günlərin birində sex müdirlərindən birindən icazə alaraq "Namaz" adlı namazın qılınmasını təlim edən disk, Peyğəmbərin "Çağrı" filminin diskini pulsuz işçilərə hədiyyə edib.
Hadisələrdə bu gündən sonra başlayıb.
Belə ki, müdiriyyət heyətinin üzvlərindən biri olan Təhmasib Quliyev "yuxarı" intansiyalara çağırılaraq fabrikdə bu cür disklərin paylanmasını irad tuturlar.
O da gələrək digər sex müdiri olan Səbuhi Bayramova onun işdən çıxarılması barədə və izahat alınması barədə məlumat verirlər.
Araz Quliyevdən bu diskləri kim maliyyələşdirməsi haqqında izahat alırlar.
O isə izahatında maaşından 50 azn ayıraraq bu cür işlərə savab məqsdəilə ayırdığını deyir.
Fevralın 2-də ona işdən çıxarılması barədə xəbər verirlər.
Lakin Araz onun əmək kitabçasında 05.01.2009-cu ildə Əmək məcəlləsinin 68-ci maddəsinin b bəndinə əsasən müqavilə müddətinin bitməsi ilə işdən çıxarılması kimi yazıldığını bildirib.
Araz Məmmədov öz haqlarının pozulmasına görə DEVAMM-a müraciət edəcəyini də önə çəkib.